Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Real”a qarşı Madrid derbisində 1:2 hesabı ilə uduzan “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qarşılaşmadan sonra rəqibin çalışdırıcısı Joze Mourinyonun hakimliklə bağlı fikirlərini tənqid edib.
QOL.az xəbər verir ki, Mourinyo görüşdən sonra mətbuan konfransında jurnalistin "Sizcə, çempionluğu qazanmaq çətin olacaq" sualına belə cavab verib:
"Əgər bizi tək qoyub hamı ilə bərabər səviyyədə rəqabət aparmağa imkan versələr... Hələ uzun bir yol var. Çox uzağa gedib hər şeyin saxta olduğunu demək istəmirəm. Belə düşünmək istəmirəm. İnanmaq istərdim ki, hakimlər sadəcə səhv ediblər. Axı həm məşqçilər, həm də oyunçular səhv edə bilərlər. Və düşünürəm ki, hakimlər komitəsi də eyni səhvi edə bilərdi. Yazıqlar... onlar bir hakimi "Real Madrid"lə çox zəngin tarixi olan digər hakimlə eyniləşdirməkdə səhv ediblər".
Simeone digər məşqçilərin fikirlərinə hörmətlə yanaşmağın vacibliyini bildirib.
“Biz digər insanların fikirlərinə hörmət edirik. İmtiyazlı vəziyyətdəyik və daim diqqət mərkəzindəyik – istər Simeone, istər Mourinyo, istər Flik, istərsə də Pelleqrini olsun. Ehtiyatla danışmaq, hörməti necə göstərməyi bilmək lazımdır. Hamımız bəzən məğlub oluruq. Amma hörmət sərhədini keçmək təhlükəlidir – istər Mourinyo, istər Flik, istərsə də Simeone olsun. İstədiyin hər şeyi deyə bilməzsən. Heç vaxt bu sərhədi keçmək lazım deyil”.
Qeyd edək ki, La Liqanın 7-ci turunda keçirilən “Atletiko” – “Real” matçında hesab 2:1 olub. Görüşün baş hakimi Migel Anxel Ortiz Aryas olub. Bu nəticədən sonra “Atletiko” 16 xalla 2-ci, “Real” isə 15 xalla 4-cü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Sentyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















