Simonida Kordiç: Azərbaycanla turizm sahəsində yeni razılaşmalar imzalamaq planlarımız var
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Monteneqro ilə Azərbaycan arasında yaxşı münasibətlər və güclü biznes əlaqələri mövcuddur. Monteneqro turizmində ən iri investisiyalardan biri Azərbaycana məxsusdur və bu günə qədər ümumi məbləği 1 milyard ABŞ dollarına qədər çatıb".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Monteneqronun turizm naziri Simonida Kordiç deyib.
O bildirib ki, hazırda Monteneqro turizminə 120-dən çox ölkə investisiya yatırıb və indiyədək bu investisiyalar çox yaxşı nəticələr verib:
"Turist mübadiləsi baxımından da Azərbaycan bizim üçün mühüm bazarlardan biridir. Bu il Azərbaycandan Monteneqroya rekord sayda turist səfər edib. Keçən illə müqayisədə azərbaycanlı turistlərin sayında təxminən 77 faizlik artım müşahidə olunub.
Monteneqronun əsas məqsədi keyfiyyətli xidmət göstərmək və elə bir təcrübə təqdim etməkdir ki, ölkəmizi bir dəfə ziyarət edən turistlər yenidən qayıtmaq istəsinlər. Buna görə də bütün azərbaycanlılara səmimi dəvət ünvanlayıram: gəlin, Monteneqronu ziyarət edin. Əminəm ki, gələnlər mütləq yenidən qayıtmaq istəyəcəklər.
Azərbaycanla turizm sahəsində yeni razılaşmalar imzalamaq planlarımız var. Artıq mövcud razılaşmalar çərçivəsində həm investisiya, həm də turizm səfərləri istiqamətində əməkdaşlıq həyata keçirilir".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 22 Sentyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















