Icma.az
close
up
RU
Simonyanın Ağdam narı etirafı və Böyük Britaniyanın Ermənistan xəbərdarlığı

Simonyanın Ağdam narı etirafı və Böyük Britaniyanın Ermənistan xəbərdarlığı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Yadınızdadır yəqin, bir günlük antiterror əməliyyatından sonra Qarabağdakı mülki ermənilər öz istəkləri, yaxud da Ermənistandan, erməni havadarlarından aldıqları təlimatlar əsasında Laçın yolu ilə Gorus istiqamətinə gedərkən telekanallarımıza müsahibələr verirdilər. Jurnalistlərimiz tez-tez ermənilərin səsləndirdiyi fikirlərə, xüsusilə də toponimlərimizlə bağlı yanlışlıqlara düzəlişlər etməli olurdular.
https://musavat.com/news/ermeni-spiker-behreynde-azerbaycani-ittiham-edib-zaldan-qacdi-musavat-com-un-emekdasina-qanli-qanli-baxdi-ozel-fotolar_963064.html

Məsələn, deyirdilər “Stepanakert” yox, Xankəndi, “Mardakert” yox, Ağdərə və sair...Ondan əvvəlki dönəmlərdə Rusiya Müdafiə Nazirliyinin, bölgədəki müvəqqəti hərbi komandanlığa istinadən yaydığı xəbərlərdə toponimlərimizi təhriflərinə rəsmi qurumlarımızın sərt reaksiyalarını və düzəliş xarakterli məktublarını da yada salmaq yerinə düşər...

Amma baxın, Azərbaycan dövlətinin “Dəmir Yumruğ”u, davamlı şəkildə sərgilədiyi qətiyyətli siyasəti nəticəsində artıq milli toponimlərimizin öz adı ilə çağırılması zəruriliyindən Ermənistanda da danışılır. Məsələn, Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanda keçirdiyi brifinqdə çaşıb “Artsax” dediyi halda, dərhal səhvini düzəldir və düz 4 dəfə “Qarabağ” söyləyib. Simonyan xatırlatma edib ki, “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və qalır”. Üstəlik, Serj Sərkisyan kimilərə ünvanlı mesajını da çatdırıb ki, heç Ermənistan da Qarabağın müstəqilliyini heç vaxt tanımayıb. Ardınca “İnzibati-ərazi bölgüsü haqqında qanunu qəbul edəndə, Qarabağın Azərbaycan olmamağı üçün nə etmişdiniz?”-sualı ilə sələflərinə sual edib.

Bəli, bu, həmin Alen Simonyandır ki, işğal dövründə yer üzündən silinmiş “ruhlar şəhəri”ndə - Ağdamda əlində nar necə poza verdiyini və “Akna (ermənilər Ağdama belə qondarma ad qoymuşular-M.) mənim vətənimdir” yazmışdı. Erməni jurnalistlər bunu da xatırladanda Simonyan “Biz hamımız səhv edirik”, - deyib.

Ciddi etiraflardır. Alen Simonyan o şəxsdir ki, 2023-cü ilin martında Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında çıxış edərək Azərbaycanın ünvanına şər-böhtan səsləndirmiş, Azərbaycanı Ermənistana qarşı “təcavüz”də, Laçın “dəhliz”ini “bağlamaqda”, Qarabağdakı 120 min (?!-E.P.) ermənini blokada vəziyyətdə saxlamaqda, “humanitar fəlakət” yaratmaqda ittiham etmişdi. Və cavabının Azərbaycan parlament sədri tərəfindən veriləcəyini bildiyi üçün zaldan qaçmışdı. Heç iki il keçməyib və belə bir geridönüş! Bundan əvvəl də Simonyan parlamentə “real Ermənistan”ın xəritəsini asmışdı. Hərçənd, bu xəritə də reallığı əks etdirmir, çünki 9 min kv.km-lə 29,8 min kv.km arasında “yerlə-göy qədər” məsafə var, bunu Ermənistanın kadastr sənədinin olmadığını etiraf edən Nikol Paşinyan da bilir, Simonyan da... Sadəcə, real durumu nəzərə alıb, vəziyyətdən maksimum qazanclı çıxmaq istəyirlər, ona görə də “realist” görünməyə çalışırlar.

Ermənistanda qeyri-realistlər, revanşçı qüvvələr isə az deyil. Onlar hətta parlamentdə də var. Bir neçə gün əvvəl “Şərəfim var” adlı, əslində şərəfdən, ar-abırdan məhrum olan fraksiyanın üzvlərindən biri Azərbaycanın Qarabağ bölgəsinə də iddiasını yenidən tribunadan elan etdi, Qarabağı “Ermənistan ərazisi”ndə göstərən saxta xəritələri də tribunaya pərçimləyərək. Düzdür, Simonyanın təlimatı ilə həmin saxta kağızlar cırılıb, rədd edildi. Amma əgər belə iddialar indiki, Ermənistanın bu durumunda da parlamentdən eşidilirsə, demək, yeni dərslərə ehtiyac yarana bilər. Məsələ burasındadır ki, hələlik Ermənistan rəhbərliyi də belə iddialara meydan tanımaqdadır. Xüsusilə də Azərbaycanın ölü Minsk qrupundan imtina ilə bağlı tələbinə baxılması, qərar verilməsini gecikdirən, ölkəmizin ərazilərinə iddia edən konstitusiyanın dəyişdirilməsindən yayınan hakimiyyətin islah olunduğunu söyləmək mümkün deyil. Üstəlik, Ermənistan rəhbərliyi nə 300 min nəfər azərbaycanlının öz yurdlarına qayıtmasına imkan verir – baxmayaraq ki, Ter Petrosyan belə, yüz minlərlə azərbaycanlının qovulduğunu rəsmən etiraf edib. Digər tərəfdən, Azərbaycan dövləti ən yüksək səviyyədə beynəlxalq məhkəmələrdə iddialardan qarşılıqlı şəkildə imtina təklifini verib. Ermənistan isə əl altından Azərbaycana qarşı yeni iddialarla çıxış edir, saxtakarlıqlarla dolu ittihamlarını davam etdirir. Bu proses birbaşa Ermənistan hakimiyyətinin diktəsi ilə aparılır, heç şübhəsiz. Odur ki, bir tərəfdən “konstruktiv” görünməyə çalışan, daha sonra isə “Rusiya bizi tək qoydu”- deyib, köks ötürən, Alen Simonyanın artistizm qabiliyyəti bizi yanıltmamalıdır.

Ermənistan hakimiyyəti sülhdən danışır, amma paralel olaraq şərti sərhədlər boyunca hərbi qüvvələrini cəmləməkdədir, yeni səngərlər qazılır, təxribatlara hazırlıq görülür. Təsadüfi deyil ki, Böyük Britaniya vətəndaşlarına xəbərdarlıq edərək, onlara Ermənistan-Azərbaycan şərq sərhədindən 5 kilometr məsafədə bütün səyahətlərdən çəkinməyi tövsiyə edib. Britaniya Xarici İşlər Nazirliyinin Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bu barədə bildirib. Həmçinin FCDO Ermənistanın İcevan və Noyemberyan şəhərləri arasında M16/H26 yolu ilə hər cür səyahət etməməyi tövsiyə edib. Qurum buna səbəb kimi Ermənistan-Azərbaycan sərhədindəki “gərgin vəziyyət”i göstərib. (Teleqraf.com) Gərginliyi kim yaradır? Əlbəttə ki, Ermənistan. Bu gün İrəvandakılara ABŞ, Fransa, Kanada və digər ölkələrin hərbi kontingentinin daha sürətli şəkildə Ermənistana gətirilməsi, əlavə silah-sursatla təmin olunması üçün lokal hərbi əməliyyatlar lazım ola bilər. Bunu ən çox istəyənlərdən biri Makron Fransasıdır. Odur ki, Simonyanın Ağdam narı haqqında etirafına aldanmamalıyıq. Bunlar hələ də Ağdam ərazisində “Tiqronakert” qalıqları “tapdıqları” barədə saxta rəvayətlərdən imtina etməyiblər...

Elşad Paşasoy

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri