Sinan Oğandan Zəfər Partiyasının sədrinin həbsinə reaksiya: Qəbuledilməz və...
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Zəfər Partiyasının sədri Ümit Özdağ prezidenti təhqir etmək, ictimaiyyət arasında nifrət və düşmənçilik yaratmaq ittiohamları ilə həbsinə onun keçmiş mütəffiqi, son prezident seçkilərində ATA Alyansının prezidentliyə namizədi olmuş Sinan Oğan da etiraz edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sinan Oğan partiya sdərinin Ankarada tutulaarq İstanbula gətirilməsini qəbuledilməz sayıb.
“Zəfər Partiyasının sədri Ümit Özdağ Zəfər Partiyasının toplantısında prezident Ərdoğanı təhqir etdiyi səbəbilə İstanbul Prokurorluğu tərəfindən başladılan istintaqla əlaqədar Ankarada tutularaq İstanbula aparılması qəbuledilməzdir", - deyən Sinan bildirib ki, siyasi partiya sədrinin çıxışının təhqiramiz olduğu əsası ilə saxlanılması ölkə və demokratiya adına xoş hal deyil: "Bu ölkəmizin demokratiyasına və imicinə heç bir töhfə verə bilməz. Bu, qəbuledilməzdir. Belə həbslərdənsə, sürətli və şəffaf məhkəmə proseslərinin keçiriləməsi təmin olunmalıdır. Belə həssas dönəmdə sosial gərginliyi artıracaq bu cür həbsləri qəbul etməmyimiz mümkün deyil. Bunu demokratiyamız üçün son dərəcə zərərli hesab edirik. Zəfər Partiyasının sədri Ümit Özdağa keçmiş olsun deyirəm".
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 Yanvar 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















