Icma.az
close
up
RU
Sınıq nahiyəsinə buz qoymaq nə dərəcədə təsirlidir?

Sınıq nahiyəsinə buz qoymaq nə dərəcədə təsirlidir?

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Travmadan sonra insanlar adətən sual verir: “Buz qoymaq lazımdırmı?” Cavabımız birmənalı olaraq bəli, amma doğru tətbiqlə”.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Baş həkimi Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, buz tətbiqi birbaşa sınığın müalicəsi deyil, ilk yardımın bir hissəsidir:

“Yəni, sümüyü düzəltmir və ya sınığı sağaltmır. Amma bəzi mühüm faydaları var: sınıq zamanı toxumalarda qan və maye yığıldığı üçün nahiyədə ödem, yəni şişkinlik yaranır. Soyuq tətbiqi damarların daralmasına səbəb olaraq maye axınını azaldır və şişməni minimuma endirir. Soyuq təsiri ilə sinir uclarının fəaliyyəti yavaşlayır və bu, xəstədə ağrı hissini azalda bilir. Bu, xüsusilə həkimə çatana qədər keçici rahatlıq təmin edə bilər.

Buz tətbiqi zədələnmiş nahiyədə qan damarlarını yığaraq, içəridə qan sızmasını azaldır. Bundan əlavə, buz damarların daralmasına səbəb olur, bu da şişkinliyi azaldır, ağrını yüngülləşdirir və toxumaların daha az zədələnməsinə şərait yaradır”.

N.Məmmədov bildirib ki, ən effektiv istifadə müddəti zədədən sonrakı ilk 24–48 saatdır:

“Burada vacib bir detal var: buz birbaşa dəriyə qoyulmamalıdır, araya nazik parça qoyulmalıdır. Seanslar maksimum 15–20 dəqiqə çəkməli və təkrarlanmalıdır. Amma bu yalnız ilkin tədbirdir. Buz ağrını azalda bilər, amma sınığın özünü sağaltmaz. Zədənin dərəcəsini müəyyən etmək üçün həkim müayinəsi mütləqdir. Nəticə olaraq, buz sınıq nahiyəsində ağrı və şişkinliyin azalmasında faydalı olsa da, əsas müalicə üsulu deyil. O, sadəcə düzgün və vaxtında göstərilən ilkin yardımın bir hissəsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:283
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 May 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri