Icma.az
close
up
RU
Sınıq salxaq avtobuslar nə vaxt YENİLƏNƏCƏK? AÇIQLAMA

Sınıq salxaq avtobuslar nə vaxt YENİLƏNƏCƏK? AÇIQLAMA

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının mərkəzi küçələrində yeni, hətta elektrikli avtobuslar xəttə buraxılsa da, Bakıətrafı qəsəbələrdə hələ də istismara yararsız, köhnə avtobuslar fəaliyyət göstərir.

Bu avtobuslar təkcə köhnəliyi, tutacaqlarının olmaması, narahatlığı ilə yox, həm də sərnişin tutumuna görə əlverişsizdir. Bakıətrafı qəsəbələrdə yaşayanlar gur saatlarda dayanacaqda sınıq-salxaq avtobusları gözləməyə xeyli zaman sərf edirlər.

Belə halların ən çox yaşandığı qəsəbələrdən biri Binəqədi rayonu Biləcəri qəsəbəsi, Suraxanı rayonu Hövsan qəsəbəsidir. Biləcəri qəsəbəsindən Bakı Beynəlxalq Avtovağzal istiqamətində və ya əksinə hərəkət edən 91 nömrəli avtobus və Biləcəri qəsəbəsi Memar Əcəmi metrostansiyası üzrə hərəkət edən 92 nömrəli marşrut avtobusları,  eləcə də Hövsan qəsəbəsindən Suraxanı qəsəbəsinə hərəkət edən 161, qəsəbədən “Neftçilər” metrostansiyasına hərəkət edən 103 nömrəli marşrutlar da köhnə avtobuslardır.

92 nömrəli avtobuslarda 2025-ci il olduğunu xatırladan yeganə amil ödənişin kart sisteminə keçməsidir. 91, 161 və 103 nömrəli marşrut avtobusunda isə sərnişinlər hələ də ödənişi nağd şəkildə edirlər. Üstəlik 91 nömrəli marşrut avtobusu mikro avtobus olduğu üçün sərnişinlərin hamısını vaxtlı vaxtında daşımaq iqtidarında deyil.

Ötən il avtobuslarda gediş haqqı artırılarkən artıq bu tipli avtobusların da yeniləcəyi vədi verilmişdi. Lakin hələ də insanlar qəsəbənin tıxaclı yollarını ayaqüstə və dayaqsız formada getməyə məcburdurlar.

Problem nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yaxın zamanda 91 nömrəli marşrut avtobusları yenilənəcək:

“Xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət olunmadığı üçün 91 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sözügedən marşrut üzrə hüquqi şəxs “Çinar-Trans” MMC qalib elan olunub. Yaxın zamanda yeni daşıyıcı xidmətə başlayacaq”.

Qeyd edilib ki, marşrut xətləri mərhələli şəkildə müsabiqəyə çıxarılır:

“Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Bu işlər çərçivəsində 92, elləcə də digər qeyd edilən marşrut xəttlərinə də baxılacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri