Icma.az
close
up
RU
Sinner yorulduğunu dedi, prezidentin qəbuluna getmədi

Sinner yorulduğunu dedi, prezidentin qəbuluna getmədi

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın 1-ci raketkası Yannik Sinner fevralın 3-9-u aralığında Niderlandın Rotterdam şəhərində keçiriləcək ATP 500 turnirindən çəkilib. Turnirin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, buna tennisçinin “Australian Open”dən sonra özündə yorğunluq hiss etməsi səbəb olub. Xatırladaq ki, Sinner həmin turnirin finalında Aleksandr Zeverevə qalib gəlmişdi. 23 yaşlı italiyalı həmçinin Rotterdam turnirinin son qalibidi. O, ötənilki finalda avstraliyalı Aleks de Minaurdan üstün olub.

“Böyük dəbilqə” turnirlərinin üçqar qalibi Sinnerlə bağlı daha bir maraqlı xəbər var. Yannik yuxarıda göstərdiyimiz səbəbdən İtaliya prezidenti Serco Mattarellanın yanvarın 29-da Romadakı Kvirinal sarayında təşkil etdiyi rəsmi qəbula da qatılmayıb. Yanvarın 29-da keçirilən rəsmi qəbul 2024-də Devis Kubokunda və Billi Cin Kinq kubokunda qələbə qazanan italiyalı tennisçilərin şərəfinə təşkil olunub.
Əslində Sinner “Australian Open”i qazanandan sonra Prezident Sarayındakı qəbula qatılmaqla bağlı şübhəsini dilə gətirmişdi:

“Kvirinala gedib-getməyəcəyimi hələ bilmirəm, bununla bağlı qərar verməmişəm”.


Bu arada Peşəkar Tennisçilər Assosiasiyası Avstraliyadakı turnirdən sonra yenilənmiş reytinqini açıqlayıb. İlk “10-luq”la bağlı əsas dəyişiklik odu ki, bolqar Qriqor Dimitrov buranı tərk edib. Yanvarın 12-də açıqlanan reytinqdə 11-ci olan Tommi Pol isə 9-cu pilləyə yüksəlib. İlk üç yerdə Yannik Sinner, Aleksandr Zeverev və Karlos Alkaras qərarlaşıb.
Qadınların Tennis Assosiasiyası (WTA) da reytinqini yeniləyib. Sıralamada son “Australian Open”in finalçısı Arina Sobolenko liderliyi qoruyut. 2-ci yerdə İqa Şventek, 3-cü yerdə isə Kori Qauff qərarlaşıb. Son Avstraliya turnirinin qalibi Medison Kis birdən-birə 7 pillə irəliləyib.
ATP reytinqi
1 (1*). Yannik Sinner (İtaliya) 11 830
2 (2). Aleksandr Zverev (Almaniya) 8135
3 (3). Karlos Alkaras (İspaniya) 7010
4 (4). Teylor Frits (ABŞ) 5050
5 (6). Kasper Ruud (Norveç) 4160
6 (7). Novak Cokoviç (Serbiya) 3900
7 (5). Daniil Medvedev (Rusiya) 3790
8 (8). Aleks De Minaur (Avstraliya) 3735
9 (11). Tommi Pol (ABŞ) 3495
10 (9). Andrey Rublev (Rusiya) 3130
WTA reytinqi
1 (1). Arina Sobolenko (Belarus) 8956
2 (2). İqa Şventek (Polşa) 8770
3 (3). Kori Qauff (ABŞ) 6538
4 (4). Jasmin Paoliini (İtaliya) 5289
5 (7). Yelena Rıbakina (Qazaxıstan) 4893
6 (6). Cessika Pequla (ABŞ) 4861
7 (14). Medison Kis (ABŞ) 4680
8 (5). Çjen Sinven (Çin) 4095
9 (8). Emma Navarro (ABŞ) 3709
10 (11). Paula Badosa (İspaniya) 3608
* - əvvəlki reytinqdə yerini göstərir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Fevral 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri