Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Bakıda kişi oğlunu siqaret çəkdiyi üçün cəzalandırıb, eləcə də həyat yoldaşını döyüb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki fərdi yaşayış evlərindən birində baş verib. 1986-cı il təvəllüdlü V.Mustafayev evinə gələrkən yeniyetmə oğlunun küçədə siqaret çəkdiyini görüb. O, oğlunu cəzalandırmaq üçün yanan siqareti oğlunun ağzına basıb və onu döyüb. V.Mustafayevin həyat yoldaşı isə onun bu hərəkətlərinə mane olub və oğlunu döyməsinə imkan verməyib. Bundan qəzəblənən kişi həyat yoldaşını da döyüb.
Hadisə yerinə polis əməkdaşları gediblər və o saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə V.Mustafayevə 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 Noyabr 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















