Siqaret qaçaqmalçılığı cinayəti Kapitan həbsdə qaldı
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Ölkəyə dəniz yolu ilə külli miqdarda qaçaqmal siqaret keçirilməsi ilə bağlı ittiham olunan zabitlərdən daha birinin həbs müddəti uzadılıb.
Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Neftçala sahil mühafizəsinin bölmə rəisi kapitan Vüsal Sadıqov yenidən məhkəməyə çıxarılıb.
Prokuror irihəcmli cinayət işi üzrə 3 aylıq müddətin kifayət etmədiyini deyib, istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq təqsirləndirilən şəxsin həbsdə qalmasının davamına qərar verilməsini xahiş edib.
Müdafiə tərəfinin etirazına baxmaraq, hakim təqdimatı əsaslı hesab edib. Qərara əsasən, kapitan Sadıqovun həbsdə saxlanılma müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, eyni cinayət işi üzrə onlarla həbs edilən var. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Mart 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















