Icma.az
close
up
RU
Sıra yüksək vəzifəli məmurlara da çatdı...

Sıra yüksək vəzifəli məmurlara da çatdı...

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Heç kimsə toxunulmaz deyil" cümləsi doğru deyil. Belə deyilməlidir: "Qanunu pozan heç kimsə toxunulmaz deyil".

Bir neçə gündən sonra yola salacağımız 2025-ci il "Konstitusiya və suverenlik ili" adlandırılmışdı. Bax, bu suveren Azərbaycanın Konstitusiyası ölkənin bütün vətəndaşlarının həm şəxsiyyətini, həm mülkiyyətini toxunulmaz elan edib. Yalnız qanunu pozanlar, daha doğrusu, cinayət törədənlər həbs oluna, cəmiyyətdən təcrid edilə bilər.

Son günlər mediada maraqlı fikir başlıqlarına rast gəlirik. Onlardan biri belədir: "Ölkədə heç kim qanundan üstün deyil". Yəni kim qanundan kənara çıxsa, "içəri" girəcək.

Maraqlı transformasiyanın izləyiciləriyik. "Hamı qarşısında bərabərdir" devizi ilə həbslər keçirilir. Xüsusilə, Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Əyyubovun qardaşıoğullarından birinin işdən çıxarılması, o birinin həbs olunması fonunda bu mövzu gündəmə gəlib.

Noyabr ayında ölkə prezidenti İlham Əliyev yeni təyin etdiyi məmurları qəbul edərkən demişdi ki, heç kim vəzifədə olan tanışına, qohumuna, dostuna arxalanıb, qanunu pozmağa cəsarət eləməsin, əks halda özü də, onu himayə edənlər də cəzalanacaq.

Bunun ən bariz nümunələri Bəylər Əyyubovun qohumlarıdır. General Əyyubovun hazırda Prezident Katibliyinin rəisi vəzifəsində, yəni yenə də dövlət başçısın yanında olması onun qohumlarının cəzadan yayındırılmasına şərait yaratmayıb. Əminəm ki, heç Bəylər Əyyubovun özü də Prezidentə və ya hər hansı başqa vəzifəli şəxsə bu barədə heç nə deməyib, heç bir xahiş etməyib. Xüsusilə külli miqdarda qaçaqmalçılığa görə həbsə alınmış Ruslan Eyyubovun həbsi ilə apelyasiya şikayətinin geri çəkilməsi də, əminəm ki, Bəylər Əyyubovun öz qohumunu himayə etməməsi ilə bağlıdır. Artıq heç nə əvvəlki kimi deyil.

Şübhəsiz, yadınızdadlr: baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qohumu öz avtomobili ilə bir neçə nəfəri vurdu, onlardan bəziləri ölmüşdü. Qaçqınkomun sədri öz əzizini məsuliyyətdən qaçırmaq üçün əlindən gələn hər şeyi elədi. Yaxud Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovun yeniyetmə oğlu sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərkən, qəza törətdi, özü yaşda sərnişini həlak oldu, ancaq icra başçısının oğlu deyil, onun maşını arxasına çırpdığı yük maşınının sürücüsünü həbs elədilər. Asif Əsgərov isə oğlunu cəzadan yayındırmağı bacardı; başçının oğlu bir "yatıb" çıxdı. Atasına da "gözün üstə qaşın var" deyən olmadı. Səbayeldən keçib Nəsimi rayonunda başçı oldu, hazırda isə deputatdır.

Belə misalları çox göstərmək olar. Elə Ramiz Mehdiyevin kimləri günahsız yerə türməyə atdırdığına, kimləri isə layiq olduğu cəzadan yayındırdığına dair nə qədər söz-söhbət var.

İndi bu cür hallara son qoyulur; atanın, ya da əminin, dayının, xalanın, bibinin... vəzifədə olması kimsəni məsuliyyətdən kənarda qoymayacaq deyirlər. Bir sözlə, heç kimə güzəşt edilməyəcək. Cinayət edən kim olursa-olsun, başını sığallayan, cəzadan yayındıran olmayacaq. Kim buna cəhd eləsə, özü də cəzalanacaq.

Əlbəttə, bu, əslində hardan baxsan, yaxşı gedişatdır. Yüksək vəzifəli dövlət məmurlarının harınlamış balaları artıq küçədə istədiyi adamın üstündən maşınla keçməyəcəksə, bunun özü böyük irəliləyişdir. Həm də qoy o məmurlar da görsünlər, indiyə qədər qara camaat nə çəkib...

Seyid Əhmədli,

bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri