Icma.az
close
up
RU
Şirin içkiləri bu formada içəndə dişlərə zərər vurmur Açıqlama

Şirin içkiləri bu formada içəndə dişlərə zərər vurmur Açıqlama

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Diş sağlamlığının qorunmasında düzgün qidalanma vacib rol oynayır. Həm müəyyən qidaları məhdudlaşdırmaq, həm də dişlərə ciddi zərər verə biləcək içkilərdən çəkinmək önəmlidir.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı stomatoloq Yuliya Korolyuk danışıb.

Onun sözlərinə görə, xüsusilə qazlı və enerji içkiləri təhlükəlidir. Onlar dişlərin səthini kobudlaşdırır, nəticədə diş üzərində ləkələrin və mikroorqanizmlərin daha asan yapışmasına şərait yaradır, kariyes riskini artırır.

"Şirin içkilər dişlərin minerallaşma və demineralizasiya proseslərinin balansını pozur. Şirin içkilər ağız mühitini turşudur, bu da mineralların dişdən çıxmasına səbəb olur və kariyes riskini yüksəldir. Tez-tez şirin içki içən insanların tükürək vəzilərinin fəaliyyəti də zəifləyir, tüpürcək daha yapışqan olur və qoruyucu xüsusiyyətlərini itirir", - deyə Korolyuk bildirib.

Bundan əlavə, tez-tez təbii, konsentratlaşdırılmamış şirələr, paketlənmiş şirələr, spirtli içkilər (xüsusilə şərab), həmçinin qəhvə, çay, qazlı və enerji içkiləri dişlərin kariesə bağlı olmayan zədələnmələrinə səbəb ola bilər. Bunun əsas səbəbi içkilərdəki üzvi və qeyri-üzvi turşuların dişlərin sərt toxumalarından kalsiumu yuyaraq, mina təbəqəsini zəiflətməsidir.

Qəhvə və çay, xüsusilə yaşıl çay isə taninlər ehtiva edir, bu maddələr dişləri saraldır və dişlərə sarı və ya qəhvəyi çalar verir. Belə ləkələrdən yalnız stomatoloq tərəfindən peşəkar təmizləmə ilə xilas olmaq mümkündür.

Korolyuk tövsiyə edir ki, əgər şirin içkilər istənilirsə, təbii şirələr, mürəbbələr və kompotlar içilsin. Onları su ilə qarışdırmaq, yemək zamanı az miqdarda içmək və içərkən pipetdən istifadə etmək yaxşıdır. İçdikdən sonra isə ağızı su ilə yaxalamaq və ya beş dəqiqə ərzində şəkərsiz ksilit tərkibli saqqız çeynəmək tövsiyə olunur.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Oktyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri