Icma.az
close
up
RU
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI

Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Saatlı Rayon Mərkəzi Xəstəxanasındakı rüşvət və korrupsiya qalmaqalının təfərrüatı məlum olub. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası ilə yaxın əlaqələri olan İlqar Məmmədov əlillik dərəcəsi təyin edilməsi üçün vətəndaşlardan pul alıb.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, 58 yaşlı təqsirləndirilən şəxs əlillik almaq istəyən insanlarla əvvəlcədən görüşlər keçirib, onlara müvafiq sənədlərin hazırlanmasında köməklik göstərəcəyini vəd edib.

İstintaq orqanı müəyyən edib ki, İlqar Məmmədov ümumilikdə 26 nəfərdən leykoz, ağır eşitmə, xərçəng və digər xəstəliklər əsasında əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının təyin edilməsində və ya qüvvədə olma müddəti başa çatmış əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının müddətinin saxta yollarla uzadılmasında vasitəçilik edərək 1500-8000 min manat arası pul alıb. Məlumata görə onun aldığı pulun ümumi dəyəri 84800 manat olaraq müəyyən edilib. Bu məbləğlər birbaşa təqsirləndirilən şəxsə yox, komissiya sədrinə və digər vəzifəli şəxslərə verilib.

İstintaqla sənədlərin saxta olduğu, həkimlər tərəfindən heç bir real tibbi əsas olmadan müvafiq arayışların hazırlandığı müəyyən edilib.

İ.Məmmədova qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham irəli sürülüb. O, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün şəxsən birbaşa yolla maddi neməti təkrarən istəməklə təkrarən alıb, nüfuz alveri edib.

İstintaqla müəyyən edilib ki, ayır-ayrı şəxslərlə bağlı müxtəlif diaqnozlara dair saxta məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil ediblər. Bunun üçün sədr və komissiyanın üzvlərin elektron imza kartlarından istifadə edilib.

Təqsirləndiirlən şəxs əməlini qismən etiraf edib. Bildirib ki, bu işləri Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının üzvləri ilə birlikdə edib.

O, ifadəsində ayrı-ayrı şəxslərdən pul alıb həkimlərə verdiyini, bunun qarşılığında isə hər işdən ona 100-200 manat çatdığını deyib. Təqsirləndirilən şəxs Səliqə adlı qadından əlillik müddətinin uzadılması üçün 2500 manat alıb həkim komissiyasına verdiyini, buna görə ona 200 manat xeyir çatdığını deyib. Əlavə edib ki, Səliqə adlı qadın pulu olmadığı üçün ona hörmət olaraq bir ədəd də hind toyuğu da verib.

Digər şahid ifadələrindən də məlum olub ki, rüşvət verib saxta əlillik alan şəxslər arasında əlavə olaraq “şirinlik” kimi quzu verənlər də olub.

Onun sözlərinə görə əmisi oğlu Elxan da bu işdə ona kömək edib. 12 nəfərə saxta əlillik pensiyası düzəltmək üçün ona ümumilikdə 40 min manat verib. O, da həmin məbləği həkimlərə çatdırıb.  

Şahidlərin ifadələrindən məlum olub ki, təqsirlədirilən İlqar Məmmədov günün əsas hissəsini xəstəxanada keçirir, əlilliklə bağlı problemləri olan şəxsləri onunla əlaqə yaradaraq işlərini “həll” edirmişlər.

İ.Məmmədov daha əvvəl xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini – baş həkim vəzifəsində işləyibmiş.

İlqar Məmmədovun cinayət işi Saatlı Rayon Məhkəməsində araşdırılıb. Hökmə əsasən, o, üç il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sədri və digər vəzifəli şəxsləri barəsində də cinayət işi açılıb və ayrıca icraata verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see142

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see132

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see126

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri