Şirkət Censen Huangla bağlı araşdırmaya başladı KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın ən böyük çip istehsalçılarından biri olan “Nvidia” şirkəti rəhbəri Censen Huangın Çin xüsusi xidmət orqanları ilə əlaqəsi ola biləcəyi ehtimal edilən qadınla romantik münasibəti barədə yayılan xəbərlərdən sonra müstəqil araşdırmaya başladığını açıqlayıb.
KONKRET.az xəbər verir ki, şirkət nümayəndələrinin bildirdiyinə görə, hazırda Direktorlar Şurasının məxfi məlumatların sızması və ya ABŞ-ın milli təhlükəsizliyinə təhdid yarana biləcəyi ilə bağlı şübhələri əsaslandırmaq üçün hər hansı sübutu yoxdur. Censen Huang isə vəzifəsində qalmağı və şirkətə rəhbərlik etməyi davam etdirmək niyyətindədir.
Yayılan məlumatlara əsasən, Huang xidməti qeyddə həyat yoldaşına xəyanət etdiyinə görə dərin təəssüf hissi keçirdiyini bildirib:
“Mənim hərəkətlərim həyat yoldaşıma və övladlarımıza ağrı yaşatdı. Etdiklərimə heç bir bəraət yoxdur. Ümid edirəm ki, ailəmiz bu hadisənin yaratdığı sarsıntıdan xilas olacaq və zamanla itirilmiş etimadı bərpa edə biləcəyəm”.
Daha əvvəl “The New York Times” qəzeti Nvidia rəhbərinin ABŞ kəşfiyyat orqanlarının Çin Xalq Respublikasının xüsusi xidmətləri ilə əlaqəli ola biləcəyini ehtimal etdiyi qadınla romantik münasibətdə olması barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, Censen Huang öz soyadını daşıyan Elis Huang adlı qadınla münasibət qurub. Elis Huang Sinqapurda fəaliyyət göstərən, məlumat mərkəzlərini idarə edən və Nvidia şirkətindən çiplər alan Megaspeed şirkətinə rəhbərlik edir.
Çin tərəfi casusluqla bağlı iddiaları rədd edib. Hələlik Elis Huangın Çin xüsusi xidmət orqanları ilə əlaqəsinə dair ittihamların təsdiqləndiyi barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Nvidia ABŞ üçün strateji əhəmiyyət daşıyan texnologiya şirkətlərindən biridir və süni intellekt sənayesinin aparıcı çip istehsalçıları sırasında yer alır. Bu səbəbdən şirkət rəhbəri ətrafında yaranan hər hansı təhlükəsizlik və məlumat sızması şübhəsi təkcə korporativ məsələ deyil, həm də milli təhlükəsizlik müstəvisində diqqət çəkir.
Ağagül Mürsəlov,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 09 Noyabr 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















