Icma.az
close
up
RU
Şirkət işçilərinin təxminən yarısı rəqəmsal bacarıq çatışmazlığına görə işini itirməkdən qorxur Video

Şirkət işçilərinin təxminən yarısı rəqəmsal bacarıq çatışmazlığına görə işini itirməkdən qorxur Video

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Azərbaycandakı şirkətlərin işçilərinin təxminən yarısı rəqəmsal bacarıq çatışmazlığına görə işini itirməkdən qorxurlar. Və hər ikincisi işlədiyi təşkilatda zəruri təlimlərin keçirilmədiyini bildirir.

Bizimyol.info portalı xəbər verir ki, Kaspersky-nin apardığı sorğuya* görə Azərbaycanda işçilərin 45%-i rəqəmsal bilik və bacarıqların çatışmazlığı səbəbindən işini itirməkdən qorxur. Onlardan 29%-i hesab edir ki, bu hadisə ilə növbəti 5 il ərzində üzləşə bilərlər.

Problemin ciddilik dərəcəsi. Azərbaycanlıların 41%-i kompüterlər və rəqəmsal xidmətlərlə işləmək üçün rəqəmsal bilik və bacarıqların müəyyən dərəcədə, 14%-i isə ciddi şəkildə çatışmadığını bildirir.

Şirkətlər rəqəmsal savadlılığı artırmağa kömək edirmi. Hər ikinci respondent qeyd edib ki, çalışdıqları təşkilatlarda rəqəmsal bilik və bacarıqların artırılması üzrə heç bir təlim təşkil olunmur. Respondentlərin üçdə birindən çoxu (35%) işəgötürənlərinin ümumi İT təlimlər keçdiyini, yalnız 7%-i isə kibertəhlükəsizlik üzrə spesifik təlimlərin təşkil olunduğunu bildirib. İT və ya kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunanların əksəriyyəti (77%) fişinq kimi kibertəhlükələrə qurbanına çevrilməmək üçün kifayət qədər bilik əldə etdiyini düşünür.

Risklər lazımınca qiymətləndirilmir. Maşın öyrənməsi və avtomatlaşdırma texnologiyalarının inkişafı ilə işçilərin rəqəmsal savadlılığı prioritet olmalıdır. Dərin saxtakarlıq (deepfake) texnologiyalarının sayının artması işçilərin onların saxta olduğunu müəyyən edə bilməməsi ilə şirkətlər üçün ciddi problemlər yarada bilər. Lakin insanların əksəriyyəti bu risklərə inanmır. Belə ki, respondentlərin 69%-i hesab edir ki, çalışdıqları təşkilat deepfake texnologiyalarından istifadə ilə təşkil edilən hücumlar nəticəsində pul itirə bilməz, 18%-i isə bunun əksini düşünür düşünür. Halbuki dünyada artıq bir çox halda bu cür texnologiyalar ilə insanları və təşkilatları dələduzlara pul köçürməyə inandırmağı bacarıblar.

Müşviq Məmmədov

“Bir çoxları süni intellekt (AI) və maşın öyrənməsi (ML) həllərinin sürətli inkişafı ilə işlərini itirməkdən qorxur. Əslində, yeni texnologiyalar rutin prosesləri sürətləndirməyə imkan verir. Lakin həyəcan təbili çalan başqa bir məsələdir — dələduzların bu xidmətlərdən kiberhücumların təşkili üçün istifadə etmə ehtimalı. Təşkilatları belə mürəkkəb təhdidlərdən qorumaq üçün XDR (Extended Detection and Response) sinfinə aid həllər kömək edə bilər. Bu sistemdə bütün müdafiə alətləri bir-biri ilə sinxronlaşdırılıb və istənilən məsələni “bir pəncərə” rejimində həll etmək mümkündür», – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

* Sorğu 2024-cü ilin noyabr-dekabr aylarında “ERA Research” şirkəti tərəfindən aparılıb. Telefon üzərindən aparılmış sorğuda Bakı, Gəncə və Sumqayıt şəhərlərinin 18 yaşdan yuxarı 500 nəfər sakini iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri