Icma.az
close
up
RU
Şirkətlərdə direktorlar şurasının hüquqları genişləndirilir

Şirkətlərdə direktorlar şurasının hüquqları genişləndirilir

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Şirkətlərə təsisçilərin iclasını keçirmədən yeni səhmlər buraxmaq hüququ veriləcək.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, təsərrüfat cəmiyyətlərinin nizamnaməsi ilə direktorlar şurasına (müşahidə şurasına) təsisçilərin (iştirakçıların) ümumi yığıncağını çağırmadan yeni payların ayrılması və ya səhmlərin buraxılması barədə qərar qəbul etmək səlahiyyəti verilə biləcək.

Dəyişiklik nizamnamədə əvvəlcədən müəyyən edilmiş yuxarı hədd çərçivəsində tətbiq olunacaq. Bu halda buraxılacaq pay və ya səhmlərin hüquqları, imtiyazları, məhdudiyyətləri və digər emissiya şərtləri direktorlar şurasının qərarı ilə müəyyən ediləcək, bununla bağlı nizamnaməyə edilən dəyişikliklər isə qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınacaq.

Qüvvədə olan qanunvericiliyə əsasən, yeni payların ayrılması və ya səhmlərin buraxılması ilə bağlı qərarlar, bir qayda olaraq, təsisçilərin və ya səhmdarların ümumi yığıncağında qəbul edilir. Təklif olunan dəyişiklik isə bu səlahiyyətin müəyyən hallarda direktorlar şurasına verilməsini nəzərdə tutur.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu mexanizm şirkətlərin investisiya cəlb etməsini sürətləndirəcək, yeni maliyyələşmə mərhələlərində qərarların daha operativ qəbuluna imkan yaradacaq və xüsusilə innovativ şirkətlər, startaplar və sürətlə inkişaf edən biznes subyektləri üçün çevik korporativ idarəetmə mühiti formalaşdıracaq. Eyni zamanda, bu yanaşmanın investorlarla danışıqların daha qısa müddətdə yekunlaşmasına və kapitalın operativ şəkildə artırılmasına şərait yaradacağı gözlənilir.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyul 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri