Icma.az
close
up
RU
“Şirniyyat ancaq kulinariyada olur” rüşvət ittihamı ilə tutulan rəisin məhkəməsində gərgin anlar

“Şirniyyat ancaq kulinariyada olur” rüşvət ittihamı ilə tutulan rəisin məhkəməsində gərgin anlar

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, prosesdə şahid qismində Ülfət Məmmədov ifadə verib. Sözlərindən aydın olub ki, şahid Xəzər Tibb Mərkəzində stomotoloq-həkim işləyir: “Maya Qocayevanı tanıyıram. Onun oğlu Fuad Rüstəmovun 18 yaşı tamam olmuşdu, imtahan vermək üçün möhlət istəyirdi. Mənə bu barədə deyəndə imtahan vermək üçün müraciət etməli olduğunu, problemlə qarşılaşmayacağınıı dedim. Amma Maya xanım bildirdi ki, oğlunun 18 yaşı tamam olub, çağırış yaşda olduğu üçün Dövlət İmtahan Mərkəzi arayış tələb edir. İmtahana qatılması üçün hərbi komissarlıq "stop"u götürməlidir. Maya xanım yanımda ağladı, mənim oğluna bir dayı kimi köməklik etməyimi istədi. Bununla bağlı Ramin müəllimə yaxınlaşdım, məsələni izah etdim. O da dedi ki, uşaq gəlsin, özünü görüm. Bunu Maya xanıma söylədim. Uşaq mənsiz Ramin müəllimin yanına getdi. Bir neçə gün sonra Maya xanım məndən xahiş etdi ki, Ramin müəllimdən nə qərara gəldiyini öyrənim. Yenidən Ramin müəllimlə görüşdüm. O, məsələnin düzəlməsi üçün bir az xərc tələb olunduğunu dedi. Ona Maya xanımın 4 min manatı olduğunu, bundan yuxarı gücü çatmadığını söylədim. Mən bu məbləğdə pulu Maya xanımdan alaraq çatdırdım".

Dövlət ittihamçısı Orxan Kəngərlinin suallarını cavablandıran şahid qeyd edib ki, Ramin Şükürov ondan pulu şəxsən almayıb, 6-cı otağa verməyi tapşırıb. Onun sözlərinə görə, pulu qeyd olunan otaqda Xalid Əzizova verib. Ramin Şükürovun vəkili Ceyhun Yusifovun suallarını cavablandıran şahid deyib ki, müvəkkilinə çatmalı olan pul şirinlik olub, rüşvət olduğu bilməyib: "Pul olsaydı da, olmasaydı da Ramin müəllim bu işi görəcəkdi. Pulu şirinlik kimi vermişəm".

Vəkilin pulun şirinlik və ya rüşvət olması ilə bağlı digər suallarına dövlət ittihamçısı etiraz edib. Bildirib ki, şahid bunun şirinlik olduğunu deyir. Ceyhun Yusifov isə bildirib ki, şirniyyat ancaq kulinariyada olur. İzahat verən Ramin Şükürov şahidin yalan danışdığını deyib. Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O, həmin ifadəsində göstərib ki, Ramin Şükürov ona bu işlərin bəzən 6 minə, bəzən də 8 minə başa gəldiyini deyib: "Mən də dedim ki, Maya xanımın 4 min manatı var. 4 mini alaraq Ramin Şükürovun yanına gətirdim. O, pulu Xalid Əzizova verməyimi istədi. Mən də pulu ona verdim. Bildirdim ki, pulu say, götür. O, pulu sayıb götürdü. Bu işlərdən Xalidin də xəbəri olub".

Ülfət Məmmədov ifadəsinin təsdiqləyib. Bildirib ki, Ramin Şükürovla 6-8 min söhbəti olmayıb: "Bizim Ramin Şükürovla başqa işlə bağlı söhbətimiz olub. Mən məhkəmədə olan ifadəmi təsdiqləyirəm".

İttihama görə, Ramin Şükürovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib. Onlar çağırışçıların dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə kömək olunması ilə bağlı ondan 30 min manat pul alıb. Eyni əməllərlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdın 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət alınıb. Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib. Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub. İstintaq dövründə Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib. Daha sonra isə bu ilin sentyabrın 1-də Bakı Hərbi Məhkəməsi tərəfindən Ramin Şükürov ev dustaqlığına buraxılıb. Proses oktyabrın 15-də davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri