Şirvan şəhərində vətəndaşın özünü və başqasını öldürməyə cəhd göstərməsi ilə bağlı cinayət işi başlanıb
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini, 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şirvan Şəhər Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış araşdırma zamanı 1988-ci il təvəllüdlü Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Tural Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda onun xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 Oktyabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















