Şirvanda Çardaq kafesində əxlaqsızlıq yuvası aşkarlandı
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şirvan şəhərində kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, şəhər sakini Elçin Aslanov (soyad şərtidir) Şirvan şəhərindəki "Çardaq" kafesini icarəyə götürüb. O, icarəyə götürdüyü kafenin əvvəlki icarədarı olan qadını isə obyektə ofisiant qoyub. O, kafenin yanında ayrıca otaq inşa etdirərək, həmin ofisiant qadını ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmağa vadar edib, hər müştəridən 50 manat alıb.
Bir müddətdən sonra Elçin daha bir qadını ofisiant adı ilə kafeyə işə götürsə də, həmin qadını da müştərilərə satıb.
Hüquq-mühafizə orqanları məlumat əsasında kafedə əməliyyat keçirərkən hər iki ofisiantı müştərilərlə cinsi əlaqədə olarkən tutub.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə E.Aslanov 2500 manat cərimə edilib.


