Şirvanda korrupsiya yoxlaması Həbslər ola bilər
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində bir neçə qurumda yoxlama aparır…
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində vətəndaşların şikayətləri əsasında 13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində, Mənzil Təsərrüfatı İdarəsində və Yaşıllaşdırma Təsərrüfatı İdarəsində yoxlamalar aparır.
Bu barədə AzFakt.com-un Şirvan şəhərindən əldə etdiyi məlumata görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adı çəkilən qurumlarda ciddi nöqsanlar aşkara çıxardıb.
Məlumatda bildirilir ki, 13 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində, Mənzil Təsərrüfatı İdarəsində və Yaşıllaşdırma Təsərrüfatında aparılan yoxlamalarda külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları üzə çıxıb. Yoxlamanın Şirvan şəhər vətəndaşlarının şikayətləri əsasında aparıldığı və korrpsiya ittihamı ilə adı çəkilən qurumların rəhbərliyində təmsil olunan şəxslərin həbs olunması ehtimalının olduğu bildirilir.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Sentyabr 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















