Icma.az
close
up
RU
Şirvanda torpaq mübahisəsi zəminində qətl: qatilin cəzası ağırlaşdırıldı MƏHKƏMƏ

Şirvanda torpaq mübahisəsi zəminində qətl: qatilin cəzası ağırlaşdırıldı MƏHKƏMƏ

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Şirvan şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan 1972-ci il təvəllüdlü Elşən İslamovun barəsində cinayət işi üzrə məhkəmə başa çatıb.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Şirvan şəhərində E. İslamov həmyerlisi, 1963-cü il təvəllüdlü Yavər Bağırovu qətlə yetirib.

Elşən 2019-cu ildə “Anar” mağazasının yaxınlığında yerləşən, dövlət mülkiyyətində olan 188 kvadrat metr ölçüdə tullantılarla çirkləndirilmiş torpaq sahəsini istifadə etmək məqsədi ilə torla hasarlayıb. O, avtomobilə əraziyə torpaq daşıtdırıb , həmin sahəyə ağaclar əkərək becərməklə yararlı vəziyyətə gətirib.

Lakin “Anar” mağazanın sahibkarı həmin torpaq sahəsinin mağazasının yanında yerləşməklə ona aid olduğunu bildirib və onun torpaq sahəsindən istifadə etməsinə maneçilik törədib. Belə olduqda Elşən İslamov sahibkar Yavər Bağırovdan həmin torpaq sahəsinin abadlaşdırılmasına xərclədiyi 2 min manatı, daha sonra isə 4 min manat pulu ödəməsi şərtini irəli sürüb.

Lakin Yavər Bağırov ona heç bir məbləğdə pul ödəməyib, torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyib.

Elşən torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi barədə aidiyyəti dövlət orqanlarına müxtəlif vaxtlarda şikayət edib.

Elşən İslamov yaranmış mübahisə zəminində Yavər Bağırovu öldürmək qərarına gəlib. Bu məqsədlə sentyabrın 3-də günün ikinci yarısında evdə 300 qram spirtli içki qəbul edib, mətbəx bıçağını cibinə qoyub və saat 19 radələrində Yavərin olduğu “Anar” marketə gəlib. Bıçağı çıxararaq kassa arxasında olan Yavərin sol boyun nahiyyəsinə bir bıçaq zərbəsi vurub. O, aldığı zərbə nəticəsində vəfat edib.

İstintaq orqanı tərəfindən E. İslamovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilib və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, onun Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib və barəsində həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş edib.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən də apellyasiya şikayəti verilib. O, da təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdıərılmasını istəyib.

Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxsin törətdiyi əməldən əvvəl və sonra xuliqanlıq hərəkətləri öz əksini tapır.

Şikayətçi qeyd edib ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətməsinə səbəb torpaq sahəsi üzrə pul mübahisəsinin yaranması olsa da, onun hadisədən sonrakı davranışı əməlində xuliqanlıq və tamah niyyətinin olduğu tam aydın olub: “Təqsirləndirilən şəxs mağazanın kassasından pul oğurlayıb və mağazadan çıxarkən götürdüyü pivə butulkasının əvəzini ödəməyib. Mağazanın gəlir dövriyyəsi hesablandıqda hadisə günü əldə edilmiş gəlirin satılan mallara mütənasib olmadığı, kassadakı pulun əskik olduğu cinayət işinin materialları ilə tam müəyyən olunub”.

Hər iki şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Həm dövlət ittihamçısının protesti, həm də zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilən şikayət təmin olunub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və E. İslamovun barəsində yeni ittihamedici hökm çıxarılıb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib və 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. Şikayətdə onun cəzasının yüngülləşdirlməsi istənilib.

Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrlik etdiyi heyyət kasasiya şikayətinin dəlillərini araşdırıb. Yuxarı instansiya məhkəməsinin hakimlər heyəti müdafiəçilərin şikayətlərini əsaslı hesab etməyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Sentyabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri