Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

“Şirvani” libası Əfqanıstandan ŞriLankaya qədər necə yayılıb?

“Şirvani” libası Əfqanıstandan ŞriLankaya qədər necə yayılıb?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kimlər aparıb Şirvanda geyinilən bu libası Hindistan, Əfqanıstan, Pakistan, Banqladeş və digər ölkələrə Necə olub ki, bu geyim belə populyarlıq qazanıb Bütün bunları incələmək üçün tarixə bir ekskurs etmək gərəkdir.

Zaman o zamanlar idi ki, əfşarların Qırxlı boyundan olan, Azərbaycan, Türküstan, indiki ran, Hindistan şahı, sonralar “Şərqin qılıncı”, “Şərqin Napoleonu”, “kinci Makedoniyalı sgəndər” kimi ləqəblər verilən Nadir şah Əfşar yadellilərə qarşı vuruşur, onların zəbt etdikləri Vətən torpaqlarını qaytarırdı. O vaxtlar Napoleon Bonapartın özü də Nadir şaha heyran olduğunu bildirib, o, Fətəli şah Qacara yazdığı məktubda Nadiri tərifləyib və özünü kinci Nadir hesab edib, onu Şərqin son fatehi adlandırıb. 

Tarixdən məlum olduğu kimi, Nadir şah 1729-cu ilin oktyabrında yadellilərin meydan suladığı sfahana hücum edən və bu əraziləri tutmağa çalışan əfqan şahı Əşrəf xan üzərində qələbə çalır, bir il sonra isə Şiraz şəhəri Əşrəf xanın qoşunlarından azad olunur, Əşrəf xan isə öldürülür.  

1737-ci ildə Nadir şah yenidən üsyana qalxmış əfqanlara qarşı çıxış edir və həm Heratı, həm də Qəndəharı tutur. Bir il sonra Nadir şahın qoşunları  Qəznəni və Kabili özünə tabe edir.

Əfqanıstan əraziləri tam olaraq Nadir şahın tabeliyinə keçdikdən sonra Səfəvi sərkərdəsi özü ilə Azərbaycandan gətirdiyi 12 min türk ailəsini Əfqanıstanda yerləşdirir.

Əfqan Dürrani hökmdarları burada məskunlaşan Azərbaycan türklərinin yüksək hərbi potensialına görə onlarla yaxınlaşır, həmvətənlərimiz orduya cəlb edirlir və hətta Dürrani hökmdarlarının şəxsi mühafizə alayı da  soydaşlarımızdan təşkil olunur. Onların arasında qarabağlılar, cavanşirlər, əfşarlar, şirvanlılar, həmçinin şahsevən, boyat, qaşqay, köçəri kəbəri türkləri də olub. Həmin vaxt Əfqanıstandakı Azərbaycan türklərinin siyasi və hərbi qüdrəti yüksək idi. 

Dürranilərin zamanında qızılbaşlar o qədər qüdrətli olub ki, Əhməd xan vətəndaş müharibəsindən qaçmaq üçün onlara Bəlxi ələ keçirmək tapşırığı verib. Qızıl başlar isə bunu asanlıqla ediblər. 1839-cu ildə Mərkəzi Asiyada Rusiya və Britaniyanın qarşıdurması şiddətlənir, Britaniya ordusu Kabilə girir, bu zaman qızılbaşların bir qismi Britaniya ordusuna  yazılır. 1842-ci ildə məşhur Kabil üsyanı zamanı Britaniya ordusu məğlub olur, qızılbaş bəylərinin bir qismi və onların yaxınları sağ qalan britaniyalılarla birlikdə Hindistana keçirlər və onlara müasir Pakistan ərazisindəki Lahor vilayətində mülk verilir. Britaniyalılarla gedənlərin başında əslən Azərbaycanın Şirvan mahalından olan Azərbaycan türkləri durub. 

Bu da məlumdur ki, Şirvanşahlar dövlətinin süqutundan sonra Moğol və Osmanlı dövlətinə köç edən şirvanlıların özləri ilə apardıqları “şirvani” libası  populyarlıq qazanıb və bu günümüzə qədər gəlib çıxıb. Əvvəl Əfqanıstanda, sonra isə Hindistanda məskunlaşan Azərbaycan türkləri təbii ki, özləri ilə geyim mədəniyyətini, adət-ənənələrini, toy-yas adətlərini də aparıblar. stər Əfqanıstan, Hindistan, sonralar isə Hindistandan ayrılan Pakistanda kişi və qadın üst geyimləri yerli xalqlar tərəfindən də bəyənilib, hətta qonşu ölkələrə də yayılıb.

Günü bu gün də Hindistan, Əfqanıstan, Pakistan, Banqladeş, Şri-Lanka, həmçinin Butan, Nepal, Maldiv adaları və digər ölkələrdə “şirvani” və ya “shervani” deyilən milli kişi üst geyimi çox populyardır və bu libasları aristokratlar geyinir. Hindistanda bəzi hallarda bu libasa indusların baş geyimini də əlavə edirlər. Bu ölkələrdə gənclər evlənməyə hazırlıq gördükləri zaman bəylər də məhz “şirvani” geyiminə üstünlük verirlər. Bu geyimin də yay və qış variantları tikilir.

İndi Hindistanda və Pakistanda Şirvani soyadlını daşıyan böyük bir nəsil yaşayır. Yeri düşmüşkən onu da deyək ki, şirvanlıların bir qolu da Misirin Nubiya və Sudanın şimalına-məmlüklərə gedib çıxır. Hazırda Şirvani nəsli Sudanın Marağa və Dənqələ adlı şəhərlərində də yaşayır.

Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov “Şirvani” - Cənubi Asiyada kişi geyimi növü” adlı (1ne s.az) məqaləsində yazır: “Uzun kişi gödəkçəsi şəklində olan bu geyim Cənubi Asiya ölkələrində - Əfqanıstandan Şri-Lankaya qədər geniş yayılıb. “Şirvani” rəsmi tədbirlər və toylar üçün nəzərdə tutulan geyimdir. “Şirvani” libası aristokratların daimi geyimi, yüksək vəzifəli məmurların mərasim geyimi, bəyin toy geyimidir. Məşhur hind filmlərinin tamaşaçıları yəqin ki, film qəhrəmanlarının üzərində “şirvani” geyimi görüblər, lakin bu uzun gödəkçənin adı ilə maraqlananlar az olub”. 

Tarixçilərin fikrincə, bu geyim məhz həm də Moğollar dövründə Şirvandan Hindistana köçən Azərbaycan türkləri tərəfindən aparılıb. O da məlumdur ki, “Şirvan bölgəsinin mədəniyyəti Moğol imperator sarayının incəsənətinə və mədəniyyətinə mühüm təsir göstərib.” (S.Ə. Göstərilən məqalə)

Pakistan dövlətinin memarı və qurucusu Məhəmməd Əli Cinnah mərasimlər və səfərlər zamanı qaragül dərisindən papaq və şirvani geyinib, bundan sonra ölkədə “şirvani” geyimi daha da populyarlaşıb, faktiki olaraq bu libas Pakistanın milli geyiminə çevrilib. Məhəmməd Əli Cinnah özəl görüşlərin birində deyib ki, sifarişlə xüsusi hazırlanan 200-dən çox “sher ani” libası var. 

Hindistanda yaxın zamanlara qədər rəsmi qəbullar zamanı da “shervani” geyimindən istifadə olunub. 

Şri Lanka ngiltərənin müstəmləkəsi olan zaman “sher ani” hərbi mundir kimi geyinilib. Şri Lankanın xarici ölkələrdəki diplomatik heyətinin rəsmi tədbirlərdə “sher ani” geyinməsi mütləq idi. 

Onu da qeyd etmək lazımdır ki, Hindistan və Pakistanda “chapkan” (“çəpkən”) və “chogha” (“çuxa”) Azərbaycan milli geyimindən də istifadə olunur, bu geyimləri Britaniya Hindistanına və farslara bağlamaq istəyənlər olsa da... Hazırda Pakistanda toy və digər ailəvi mərasimlər üçün “sher ani” geyimini reklam edən şirkətlər xeyli pul qazanır. Belə reklamların üçünə diqqət edək: “Bəylər üçün dəbdəbəli naxışları olan “sher ani” ilə toy gününüzdə yaxşı görünün. Xam ipəkdən hazırlanmış bu ənənəvi toy geyimi parıldayan qızılı və qəhvəyi çalarlarla özəl gününüzdə sizin yaraşıqlı görünüşüzü təmin edəcək”, “Sher ani” kürəkən üçün onun özəl günündə mükəmməl seçimdir. Dəbdəbəli qızılgül rəngi və incə tikişi ilə “sher ani”nin bu modeli başları çevirəcək. 

Toylar üçün mükəmməl əl işi olan “sher ani” dəblilik və sadəlik arasında mükəmməl tarazlığın nadir nümunəsidir”, “Qızılı saplarla bəzədilən mərasim tacı, ağ “sher ani” geyinmiş hər kəs kral toyuna gedən şahzadəyə bənzəyəcək” və s. 

Son olaraq onu da deyək ki, ancaq Pakistanda “şirvani” geyiminin 50-yə yaxın modeli var və bu üst geyiminin populyarlığı günbəgün artır.

Qulu KƏNGƏRLİ

XQ-nin Türküstan müxbiri

Daşkənd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:566
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Yanvar 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri