Icma.az
close
up
RU
ŞİŞİRDİLƏN QİYMƏTLƏR, XƏSTƏ HEYVANLAR... Siyavuş Novruzov MMdə faktları sadaladı, nazir hirsləndi Bəs ekspert nə deyir?

ŞİŞİRDİLƏN QİYMƏTLƏR, XƏSTƏ HEYVANLAR... Siyavuş Novruzov MMdə faktları sadaladı, nazir hirsləndi Bəs ekspert nə deyir?

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda həyata keçirilən özünüməşğulluq proqramı ilə bağlı zaman-zaman əhalinin müəyyən narazılığı ortaya çıxır.
Bu proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə müraciət edən vətəndaşlar sonradan onlara verilən heyvanlarla bağlı narazılıq edirlər.

Heyvanların xəstə, yararsız olması səsləndirilən iddialar arasındadır.
Bu problem bütün bölgələri əhatə edir.

Mia.az-ın məlumatına görə, bir müddət əvvəl TNS-də Naxçıvan Muxtar Respublikasında əhaliyə qeyd olunan proqram çərçivəsində verilən heyvanların xəstə olması ilə bağlı geniş bir material gedib.
Özünüməşğulluq proqramı nədir?
Azərbaycanda aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq, kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir. Bu, özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.
Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirlərindən əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır.
Göründüyü kimi, proqramla bağlı yazılanlar kifayət qədər cəlbedicidir.
Bəs proqramın icrası zamanı ortaya çıxan narazılığın səbəbi nədir?
Problem o qədər dərinləşib ki, bu günlərdə Milli Məclisdə də müzakirə olunub.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov özünüməşğulluq proqramı ilə kəndliyə verilən heyvanların üç gün sonra öldüyünü deyib.
O qeyd edib ki, şəhid ailələri və veteranlara güzəştlərlə bağlı çoxlu qanun, Prezidentin fərmanı, icra hakimiyyətlərinin sərəncamları var: "Nazirlik onların hüquq və imtiyazları ilə bağlı məlumatı portalda yerləşdirsə, şəhid ailələri və müharibə veteranları öz hüquqları barədə məlumatı oradan öyrənə bilərlər. Bundan başqa, özünüməşğulluqla bağlı proqram çox yaxşıdır. Amma proqramın həyata keçirilməsi mexanizmində problemlər var. Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə verilən iki inəyə bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır”.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, təqdim olunmuş heyvanlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) xəstəlik-sağlamlıq arayışları olur. Nazir araşdırmamış heç kimi heç nə deməməyə çağırıb.
Onu da qeyd edək ki, özünməşğulluq proqramına cəlb olunan vətəndaşlara heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilir. Fermalarda heyvanlara Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən kliniki baxış keçirilir və daha sonra heyvanlar karantinə alınırlar. Karantin müddəti bitdikdən sonra AQTA tərəfindən akt təqdim edildiyi təqdirdə heyvanların ölkə üzrə paylanışı həyata keçirilir. Paylanış zamanı heyvanların kəmiyyət və keyfiyyət baxımından istifadəyə yararlı olması ilə bağlı akt da tərtib olunur.
Yəni prosedur belədir. Bəs necə olur olur ki, əhali aldığı heyvanın xəstə olduğunu deyir. Belə çıxır ki, vətəndaşlar yalan danışır? Yaxud da yoxlamadan keçən heyvanlar yolda gedərkən xəstələnir...
İqtisadçı Akif Nəsirli məsələ ilə bağlı TNS-ə açıqlamasında bildirib ki, bu sahədə rastlaşdığı faktlarda korrupsiya hallarını müşahidə edib: “Məlumdur ki, hər bir heyvanın müəyyən qiyməti var. Əvvala, özünüməşğulluq proqramı çərçivəsində verilən heyvanlar dəyərindən bir neçə dəfə baha qiymətləndirilir. Deyək ki, 100 manatlıq keçini 300 manata sənədləşdirirlər. Vətəndaşa da bu qiymətə imza atdırırlar. Bunu da “sən onsuz da pul verib almırsan ki, havayı alırsan. İmzanı 300 manata at!” - şəklində əsaslandırırlar. Halbuki həmin keçinin birini bazardan 100-120 manata almaq olar. Mən belə faktlar görmüşəm. İnsanlara xəstə inəklərin verilməsinə şahid olmuşam. Hətta xəstə olmasa belə, baxırsan ki, bazarda inəyin qiyməti ən uzağı 300 manatdır. Bunu 3000 manata qiymətləndirirlər. Beləcə, korrupsiya halları yaşanır. Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar”.
İqtisadçı belə hesab edir ki, problemi aradan qaldırmaq üçün proseduru dəyişmək lazımdır: “Hökumət vətəndaşa vasitə verməsin, əvəzində pul versin. İnsanlar bazardan öz seçdiyi, xoşuna gələn heyvanı alsın. Belə olanda vəziyyət dəyişəcək. Heyvanın bazardan alınmasına məşğulluq mərkəzinin nümayəndəsi şahidlik də edə bilər. Yaxud vətəndaşa götürdüyü pulun dəyərində mal-heyvan alması ilə bağlı öhdəlik qoyula, sonradan vətəndaşın alıb-almadığına nəzarət edilə bilər. Yəni proseduru elə təşkil etmək lazımdır ki, dövlət orqanları, məmurlar vəziyyətdən sui-istifadə etməsin.
Digər tərəfdən məşğulluq mərkəzi öz nümayəndlərini elə seçməlidir ki, həmin adamların kənd təsrrüfatından, heyvanlardan başı çıxsın.
İndiki halda özünüməşğulluq proqramından ancaq Məşğulluq Agentliyinin məmurları xeyir götürür, vətəndaşa heç bir faydası yoxdur”.
Sonda onu da qeyd edək ki, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqi aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak həmin şəxsin mülkiyyətinə verilir.
Özünüməşğulluğa cəlb olunmuş şəxs ona müqavilə əsasında verilmiş əmlakdan 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini Dövlət Statistika Komitəsi tərəfindən əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinə qaytarır.
Ən azından bu fakt dəyərindən baha qiymətə təqdim olunan sənədə imza atan vətəndaşı iki dəfə düşünməyə vadar etməlidir.

Mia.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Noyabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see334

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see298

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see251

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see238

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see218

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see208

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see175

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see126

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri