Icma.az
close
up
RU
Şişmiş dodaq, kəsilmiş burun, böyümüş... Cəmiyyətimizin şüurunda qeyri etik əməliyyat aparılır Video

Şişmiş dodaq, kəsilmiş burun, böyümüş... Cəmiyyətimizin şüurunda qeyri etik əməliyyat aparılır Video

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əvvəllər həkim deyildiyi zaman gözümüzün önünə ağ xalatlı, az makiyajlı, ciddi görkəmli xanımlar gəlirdi. Həkimlər bizim canımızı əmanət etdiyimiz, inandığımız insanlar idi. Bir problemimiz olanda “həkimə gedəcəm, sağalacağam” deyə düşünürdük. Həkimlərə inamımız sonsuz idi...

Son dövrlər həkimlərin səhlənkarlığına görə həyatını itirən vətəndaşların xəbərini eşidirik. Mətbəxdə əməliyyat həyata keçirən, əməliyyat otağında ad günü keçirən, əməliyyat məxfiliyini tapdalayan və canlı yayım açaraq xəstənin sağlamlıq vəziyyətini nümayiş etdirən, hətta həkim adı altında fəaliyyət göstərən diplomsuz insanları görəndən sonra həkimlərə inamımız azaldı.

Bu gün həkimlərin sosial şəbəkə reklamlarına baxdığımız zaman sanki həkimlər gözəllik yarışına çıxıblar. Peşəsi həkim olan qadınların "Barbi" kuklası kimi bəzənib "özünü" reklam etməsinə nə ad vermək olar ki? Bilmirsən ki, özlərini reklam edirlər, yoxsa peşə fəaliyyətlərini.

Bir də özlərinə psixoloq deyən, nə işlə məşğul olduğu bəlli olmayan insanlar var. Seansı 100 manatdan başlayan bu şəxslərin danışıqlarına fikir verəndə çox asanlıqla başa düşmək olur ki, əslində onların özünə psxioloq lazımdır. Hətta bəzilərinin psixoterapevtə ehtiyacı var.

Ötən gün baxdığım bir videoda psixoloqlardan biri deyirdi ki, "yanıma gələn müştərilər mənə başqa təkliflər edirlər". Necə olmalıdır ki? İnsan işini deyil, rəngi süni üsullarla dəyişdirilən gözlərini, kimyəvi vasitələrlə doldurulmuş dodaqlarını və bsinəsini böyüdüb sinəsini reklam edirsə, ona nə üçün müraciət edə bilərlər ki?

Və yaxud bir terapevt bütün gün "özünü" reklam edirsə, xəstələr ona müraciət edərmi? Niyə etməlidir?

Əslində Azərbaycanda səhiyyə digər sahələrlə müqayisədə çoxdan "ölmüşdü". Gətirib gözümüzün içinə müxtəlif adlar altında - guya səhiyyəyə xidmət edən - qurumları yığsalar da, onların rəhbərləri də "alver"dən başqa heç nə ilə yadda qalmadı.

Ən gəlirli alver elə insan həyatı üzərində qurulmuş alverdir ki, bunu da Azərbaycanda həkim adı altında edənlər var. Ya faydasız dərmanla, ya səhv müalicə ilə, ya da gərəksiz əməliyyat ilə. Ağrısı olan xəstəyə dəva əvəzinə əlavə dərd verirlər.

Əgər bir ölkədə nazir və ya məmur xəstələnəndə başqa ölkəyə müalicə üçün üz tutursa, o ölkədə səhiyyədən danışmaq üçün yer qalmır.

Etiraf etməliyik ki, müxtəlif sahələrdə olduğu kimi səhiyyə sahəsində də vəzifəyə gələnlər büdcəni talamaqdan başqa nə ediblər məlum deyil. Səhiyyənin inkişafı üzrə köklü addımlar atmayıblar, görülən işlər də formal xarakter daşıyıb.

Bu gün qadınlar arasında ən çox yayılan liposaksiya, bədən şəkilləndirmə, üz gərmə və burun əməliyyatları çoxluq təşkil edir. Ölkədə kifayət qədər özünü plastik cərrah adlandıran adam var. Onların təhsili, təcrübəsi barədə sadəcə sosial şəbəkələrdə olan reklamlarından məlumat ala bilirik.

Bəs bu təhsili, təcrübəsi haqqında məlumatı sadəcə sosial şəbəkələrdən aldığımız insanlara canımızı necə əmanət edə bilirik? Bax, bu da ayrı bir problemdir.

Deməli, cəmiyyət olaraq güvən problemi yaşayırıq, hər gördüyümüzə inanırıq. Bu da o deməkdir ki, cəmiyyət olaraq psixoloji dəstəyə ehtiyacımız var. Psixoloqlarımız da göz önündə...

Belə davam edərsə, çox keçməz adımız "deqradasiyaya uğramış" və ya "deformasiya olmuş" bir cəmiyyət kimi hallanar. Kimə şikayət edəcəyimiz də məlum deyil. Kimi kimə şikayət edəsən, axı...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 İyul 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri