Icma.az
close
up
RU
Sistem donur, xəta bildirişləri gəlir Azərbaycanda keçirilən ipoteka aksiyaları niyə uğursuzdur? KONKRET

Sistem donur, xəta bildirişləri gəlir Azərbaycanda keçirilən ipoteka aksiyaları niyə uğursuzdur? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə imtina verilmiş limitlər üzrə yeni müraciətlərin qəbulunda günlərdir ki problemlər yaşanır. Belə ki, sistemdə müraciətlərin göndərilməsi üçün yaradılmış müvafiq bölmə üzrə irəliləmək imkansız hal alıb: sistem gah donur, gah da ekranda müxtəlif xəta bildirişləri əks olunur.

KONKRET.az xəbər verir ki, bununla bağlı Musavat.com-a vətəndaş şikayəti daxil olub.

Şikayətdə bildirilir: ”21.02.2025-ci il saat 18:30-da imtina verilmiş adi ipoteka kreditləri üzrə limitlərin açıldığını görüb, yenidən müraciət göndərməyə çalışsam da, bu dəfə ekranda “kredit parametrləri yanlışdır” bildirişi əks olundu. İKZF-in sosial şəbəkə hesablarındakı paylaşımlarına vətəndaşlar tərəfindən yazılan çoxsaylı və eyni məzmunlu şikayət dolu rəyləri gördükdə isə qeyd etdiyim problemin kütləvi hal aldığını və xətanın məndən qaynaqlanmadığının fərqinə vardım.

Əlavə olaraq bildirim ki, bu günə qədər imtina verilmiş limitlərlə bağlı müraciətlərin qəbulu 18:30-da həyata keçirilirdi. Lakin, hazırda sözügedən sistemdə ipoteka kreditləri üzrə müraciətlərin yalnız banklara ayrılmış limitlər çərçivəsində istənilən vaxt qəbul olunduğu, limit məbləği bitdikdə isə müraciətlərin qəbulunun dayandırılması qeyd olunub. Bu isə bir nəfərin bütün işini ataraq anbaan sistemi izləməsi anlamına gəlir.
Məsələnin birbaşa vətəndaşların sosial rifahı ilə bağlı olduğunu və şikayətlərin kütləvi hal adığını nəzərə alaraq, problemin işıqlandırılmasında bizə köməklik göstərməyinizi sizdən xahiş edirik”.

Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda bu kimi hallarla bağlı artıq hüquqi təcrübə var:

“ASAN xidmətlə bağlı bir çox məsələlərin həllində irəliləyiş əldə etmək mümkün oldu. Çünki sistemin özü dəyişdirldi. Şikayətçinin qeyd etdiyi məsələ ilə bağlı da sistemli dəyişikliyə ehtiyac var. İnsanlar hansısa bir formada müraciət etməyə çalışırlarsa, dövlətin göstərdiyi xidmətlərdən pay almaq istəyirlərsə, bu çox asan olmalıdır. İndi “Asan İmza”, “SİM” var, onlayn infrastruktur elə qurulub ki, müxtəlif üsullarla müraciətlərin həyata keçirilməsinə imkan var. Bunun üçün qanunvericilikdəki boşluqlar aradan qaldırılmalı , yeni qaydalar qəbul olunmalıdır ki, bu asanlaşsın. Əslində vətəndaşların iştirakçılığını təmin edən texniki problemlərdir. Texniki problemləri aradan qaldırmaq daha asandır. Əgər məsələ texniki problemlərdən daha çox müraciətlərin sayının çox olması ilə bağlıdırsa, o zaman hökumət başqa cür məsələyə yanaşmalıdır: Niyə bu xidmətlərə müraciət çoxdur? Bu məsələlər müzakirə olunub, çıxış yolları tapılmalıdır. İnsanların ehtiyacı var ki, müraciət edirlər və cavab ala bilməyəndə təkrar, israrlı şəkildə müraciətləri etmək istəyirlər. Bəs bu ehtiyacın aradan qaldırılması yolları nədir? Bəlkə, urbanizasiya, mənzil tikintisi ilə bağlı yeni qərarlara ehtiyac var. Bəlkə, regionların önə çıxarılması üçün müəyyən işlər görülməlidir ki, bu işlər daha asan oslun. Bakının yükünün azaldılması proqramı çərçivəsində bəlkə, bu işlər görülməlidir. Yəni, bu, kompleks məsələdir. Texniki məsələni həll etmək daha asandır. Yaxşı proqramçılar, sistem administratorları texniki problemləri həll edə bilərlər, bu mümkündür. Qanunvericilikdə olan boşluqlar və konsepsiya isə artıq hökumət siyasətindən asılı olacaq”.

İT üzrə mütəxəssiz Elvin Abbasov deyir ki, İpoteka və Kredit Zəmanət Fondunun elan etdiyi bu aksiyalardan kütləvi şikayətləri müşahidə edir:

“Şikayətlərdən görünür ki, vətəndaşların başa düşmədiyi bir çox xəta mesajları var. Fond tərəfindən bu xəta mesajları barədə dolğun məlumat verilmir. Qeyd edilmir ki, hansı hallarda nələr baş verə bilər və limitlərin bitməsi necə bildirilir. Təssüf ki, insanların kütləvi olaraq iştirak etdiyi bu cür aksiyalarda sistemlər donur, bir çox insan ya iştirak edə bilmir, ya da yarıda dayandırmalı olur. Bu prosesləri biz də izləyirik. Tövsiyyə edərdim ki, vətəndaşlar aksiyalardan əvvəl fondla əlaqə yaradıb başa düşmədiyi məqamları dəqiqləşdirsin, yaxud da fondun özü hansı halda nələrin baş verəcəyi ilə bağlı insanları məlumatlandırsın.Vətəndaşlar məlumatlı olmayanda prosesin gedişatında onların gözləmədiyi cavablar çıxanda narazı olurlar. Bu tip aksiyalar məhz bu səbəblərdən Azərbaycanda uğursuz baş verir. İstər Mənzil İnşaatı Dövlət Agentliyinin elan etdiyi, istərə də İpoteka və Kredit Zəmanət Fondunun aksiyalarından yetərincə şikayətləri görürük. Sistemin tam şəffaf olmaması, vətəndaşların gedən proseslər barədə dolğun məlumatının olmaması, rəqəmsal savadlılığın azlığı hazırki vəziyyəti yaradır. Sistemin dayanıqlı, vətəndaşların daha məlumatlı, fondun isə proseslər barədə cəmiyyətə açıq, şəffaf olması lazımdır. Bu proseslərdə müşahidəçi qismində müstəqil ekspertlərdən istifadə olunmur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri