Saxta pullara görə tutulan şəxsə ağır cəza istənildi
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pulların dövriyyəsində təqsiləndirlən Tamerlan Hümbətovun cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsiləndirlən Tamerlan Hümbətovun 9 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 3 dekabra təyin olunub.
İttihama görə, Tamerlan Hümbətov saxta pulları tədavülə yararlı pullarla dəyişdirmək üçün kassalara verib.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) və 204.1-ci maddəsi ilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Noyabr 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















