Şiveluç vulkanı 11.6 km hündürlüyə kül püskürüb
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Kamçatka diyarında Şiveluç vulkanı dəniz səviyyəsindən 11.6 km hündürlüyə güclü kül püskürüb.
Moderator.az xəbər verir ki, bu barədə Kamçatka Vulkan Püskürmələrinə Reaksiya Qrupu məlumat yayıb.
Vulkanoloqların məlumatına görə, püskürmə yerli vaxtla saat 14:08-də (Bakı vaxtı ilə saat 06:08 - red.) baş verib. Kül buludu şimal-qərb istiqamətində 40 km məsafəyə uzanıb. Aviasiya üçün vulkan ərazisində uçuşlar üçün təhlükə barədə xəbərdarlıq edən ən yüksək - "qırmızı" təhlükə kodu müəyyən edilib.
Qeyd edək ki, Şiveluç Kamçatkada fəaliyyətdə olan vulkandır.
Baxış sayı:138
Bu xəbər 08 Fevral 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















