Icma.az
close
up
RU
Sıxlıqdan çıxmaq istəyən sürücülər vəziyyəti daha da çətinləşdirdi ANBAAN VİDEO

Sıxlıqdan çıxmaq istəyən sürücülər vəziyyəti daha da çətinləşdirdi ANBAAN VİDEO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Yollarda hər hansısa səbəbdən məhdudiyyət tətbiq edilə, təmir işləri aparıla və ya yol nəqliyyat hadisələri baş verə bilər. Belə hallarda nəqliyyat sıxlığının yaranması təbiidir. Lakin təəssüf ki, bəzi sürücülərin “Mən keçim, qalanı gözləsin” düşüncəsi ilə əks istiqamətdə hərəkət zolağına çıxması, qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna daxil olması və yolayrıcında növbəni pozaraq irəli keçməsi yaranmış sıxlığın müddətini daha da artırır.

Avtosfer.az-ın məlumatına görə, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, belə hal ötən gün Surxanı rayonu, Hövsan (MİDA) yolunda yaşanıb. Müşahidə kameralarının qeydə aldığı görüntülərdən də göründüyü kimi, bir qisim sürücü alternativ yol kimi istifadə etdikləri bu yolda əks zolağa çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrini hərəkətini çətinləşdirib. Eyni zamanda irəlidə yolayrıcında bəzi sürücülərin qaydalara əməl etməməsi süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub.

Nəticədə Zığ şosesi-Hövsan, Hövsan-Zığ şosesi, “Kənd Hövsan” istiqamətlərində nəqliyyatın hərəkəti bir müddət dayanıb. Yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində yaranan xaotik vəziyyət aradan qaldırılıb.

Ömər Xıdırov qeyd edib ki, bu cür halların baş verməməsi üçün sürücülər yalnız yol hərəkəti qaydalarına əməl etməklə kifayətlənməməli, digər hərəkət iştirakçılarına da hörmətlə yanaşmalıdırlar. Onun sözlərinə görə, yolda hər hansısa səbəbdən sıxlıq yarandığı zaman bütün sürücülər növbəyə riayət etsələr, irəli düşmək fikrindən çəkinib digərlərinin zolağına daxil olmasalar  yollarda əlavə vaxt da itirməzlər. Bir sözlə, sürücülər sıxlıqdan çıxmaq istəyərkən sıxlığı daha da artırmamalıdırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Sentyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri