Siyarto: Avropanın siyasi liderləri Bakı ilə əməkdaşlıq naminə çox şeyə hazırdırlar
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Əvvəllər Avropa Macarıstanın Azərbaycanla əməkdaşlığına gülürdüsə, indi Avropa ölkələri özləri növbəyə dururlar".
Oxu.Az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü çərçivəsində deyib.
"Bu gün biz görürük ki, avropalı siyasi liderlər Azərbaycan Prezidenti ilə ümumi fotoşəkildə yer almaq naminə hər şeyə hazırdırlar", - deyə o bildirib.
Siyartonun sözlərinə görə, Bakı ilə əməkdaşlıq həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından olduqca faydalıdır:
"Biz 10 ildən artıqdır ki, bu regionla yaxşı əməkdaşlıq qururuq. Bu, sadəcə əməkdaşlıq deyil, dostluqdur. Macarıstanın böyük fayda əldə etdiyi strateji müttəfiqlikdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 22 May 2025 01:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















