Icma.az
close
up
RU
Siyarto: Brüsselin sülh razılaşmasını bloklamasına imkan verməyəcəyik

Siyarto: Brüsselin sülh razılaşmasını bloklamasına imkan verməyəcəyik

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının uzadılmasını və Ukraynaya maliyyə yardımının ayrılmasını bloklamaq niyyətini bir daha təkrarlayıb. O, həmçinin Brüsselin ABŞ və Rusiya arasında mümkün "sülh razılaşmasını" əngəlləməsinə qarşı çıxacağını vurğulayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə o, fevralın 24-də səhər saatlarında, Aİ Xarici İşlər Şurasının iclasından əvvəl Facebook səhifəsində yazıb.

Siyartonun fikrincə, hazırda sülh üçün bir imkan yaranıb və Macarıstanın mövqeyi hər zaman ondan ibarət olub ki, müharibəyə yalnız ABŞ və Rusiya arasında əldə olunacaq razılaşma son qoya bilər.

O, ABŞ və Rusiya arasında sülh və qarşılıqlı münasibətlərin nizamlanması ilə bağlı danışıqların başlanmasını alqışladığını bildirib.

"Bizim fundamental marağımız bu danışıqların uğurla başa çatmasıdır. Məhz buna görə də bu razılaşmanı bloklamağa çalışan müharibə tərəfdarı avropalı liberalların planlarından narahatıq", – deyə o qeyd edib.

"Məhz buna görə də biz Brüsselin və müharibə tərəfdarı avropalıların ABŞ və Rusiya arasındakı sülh razılaşmasını bloklamasına imkan verməmək üçün əlimizdən gələni edəcəyik", – Siyarto vurğulayıb.

O, Aİ xarici işlər nazirlərinin görüşü zamanı gözlədiyi təzyiqlərə qarşı mübarizə aparacağını bildirib.

"Üç il ərzində bu təzyiqlərə qarşı dayandıq, üç il ərzində bizi onların hərbi siyasətinə sürükləmək cəhdlərinə müqavimət göstərdik, indi də buna davam edəcəyik!" – deyə o vəd edib.

"Biz fiziki şəxslərə qarşı sanksiya rejiminin tələsik genişləndirilməsinə razı olmayacağıq, biz on milyardlarla avronun silah tədarükünə xərclənməsinə razı olmayacağıq və təhlükəsizlik zəmanətləri məsələsində yalnız Ukraynanın yox, həm də macarların təhlükəsizliyini müzakirəyə çıxaracağıq", – Siyarto əlavə edib.

Xatırladaq ki, Aİ-nin baş diplomatı Kaja Kallas Xarici İşlər Şurasının iclası öncəsi Rusiyaya qarşı 16-cı sanksiya paketinin və Ukraynaya yeni hərbi yardım təşəbbüsünün təsdiqlənə biləcəyini açıqlayıb.

O, həmçinin fevralın 25-də ABŞ-a səfər edəcəyini və orada ABŞ-ın dövlət katibi Marko Rubio ilə Aİ-nin və Ukraynanın gələcək sülh danışıqlarında rolunu müzakirə edəcəyini bildirib.

Ötən həftə Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ-nin 2400-dən çox şəxs və təşkilata, o cümlədən Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyaları uzatmaq cəhdinə qarşı çıxacağını vəd etmişdi.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Fevral 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri