Icma.az
close
up
RU
Siyasət Əsgərov: “Belə etsək, Monteneqro ilə oyunda böyük problemlərimiz ola bilər”

Siyasət Əsgərov: “Belə etsək, Monteneqro ilə oyunda böyük problemlərimiz ola bilər”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Təlim-məşq toplanışına dəvət edilən oyunçuların hazırlığı yaxşı səviyyədədir”.

Bunu İdman.biz-ə qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

O, komandasının Millətlər Liqasında Monteneqroya qarşı keçiriləcək matça hazırlığı şərh edib. 24 futbolçu ilə təşkil olunan təlim-məşq toplanışı bu gün yekunlaşacaq. Əsgərovun sözlərinə görə, yığma görüşə tam heyətlə çıxa bilməyəcək: “Qapıçımız Aytac Şərifova zədələndiyi, Peritan Bozdağ qırmızı vərəqə aldığına görə düşərgəyə çağrılmayıblar. Jalə Məhsimova isə oynadığı “Amedspor” klubunda zədələnib. Ümid edirəm ki, oyuna qədər hazır ola biləcək”.

Baş məşqçi millinin qrupdakı şanslarını da dəyərləndirib: “Daha öncə bir qrupa yer aldığımız Monteneqro yığmasını yaxşı tanıyırıq. Litvanın hazırki durumuna baxdıqda, hər üçümüzün gücləri təxminən bərabərdir. Monteneqro ilə oyuna gəlincə, diqqətli olmalıyıq. Bundan öncəki qarşılaşmalarda onlara uduzmuşuq. Ancaq Millətlər Liqasının son mövsümündə həm ev, həm də səfər matçında qələbə qazanmışıq. Həmin qarşılaşmaların nəticəsinə görə hərəkət etsək, bu oyunda böyük problemlərimiz ola bilər. Monteneqro ilə son qələbələri unudub meydana çıxmalıyıq. Rəqib həm şəxsi, həm də komanda kimi keyfiyyətlidir”.

Qeyd edək ki, millimiz Monteneqro ilə fevralın 21-də Bakıda qarşılaşacaq. Matç saat 15:00-da start götürəcək.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Fevral 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri