Icma.az
close
up
RU
Siyasi alver, saxta qətnamələr mərkəzinin Azərbaycana yol göstərməyə haqqı yoxdur Deputat

Siyasi alver, saxta qətnamələr mərkəzinin Azərbaycana yol göstərməyə haqqı yoxdur Deputat

Icma.az bildirir, Olke.az portalına istinadən.

 "Avropa Parlamentinin Azərbaycanın daxili işlərinə qarşı yönəlmiş, heç bir hüquqi əsası olmayan qərəzli  qətnamə qəbul edib, əgər o kağız parçasına qətnamə demək olarsa.

 Avropa Parlamenti illərdir ki, Azərbaycanı hədəf seçərək, “demokratiya”, “insan hüquqları” və “qanun aliliyi” pərdəsi altında ölkəmizə təzyiq etməyə çalışır. Lakin, biz yaxşı bilirik ki, bu qətnamənin arxasında duran əsl səbəb anti-Azərbaycan qüvvələrinin ölkəmizin müstəqil siyasətinə, regionda artan nüfuzuna və təşviq etdiyi sülh gündəliyinə qarşı apardığı çirkin kampaniyadır".

Ölkə.az xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə çıxışı zamanı deyib.
  Deputat bildirib ki, bu Qətnamədə yer almış iddialar tamamilə uydurma və yalan məlumatlara əsaslanır:
"Son dövrlərdə Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalları göstərdi ki, bu ikili standartlar maşınının vitse-prezidentləri belə, çantalar dolusu nağd pulla ələ alınır. Bu, sadəcə bir neçə nəfərin xətası deyil. Bu, sistemin özünün rüşvətə nə qədər açıq olduğunun sübutudur.
  Artıq siyasi birja adını qazanmış Avropa Parlamenti korrupsiya bataqlığında boğulduğu halda, hələ də digər ölkələrə barmaq silkələməyə cürət edir. Öz daxilindəki lobbiçilik fəaliyyətini idarə edə bilməyən, maliyyə şəffaflığını təmin etmək istəməyən bir qurumun başqalarını ittiham etməsi ən böyük riyakarlıqdır!
 

Onlar üçün korrupsiya, yalnız öz maraqlarına xidmət etməyəndə “problem” olur. Amma öz ciblərinə axan milyonlara gəldikdə, buna “diplomatiya” və ya “əməkdaşlıq” adı qoyurlar. Bu isə o deməkdir ki, Avropa Parlamentinin mənəvi nüfuzu sıfırdan da aşağıdır.
Ona görə də, Avropanın siyasi alver, süni fəaliyyət və saxta qətnamələr mərkəzinin Azərbaycana yol göstərməyə, nəyisə diqtə etməyə haqqı belə yoxdur!"

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Dekabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri