Icma.az
close
up
RU
Siyasi motivlərlə həbs edildiyi iddia olunanların azadlığa buraxılması mümkündür QÜDRƏT HƏSƏNQULIYEV

Siyasi motivlərlə həbs edildiyi iddia olunanların azadlığa buraxılması mümkündür QÜDRƏT HƏSƏNQULIYEV

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Gununsesi.info sözügedən müsahibəni təqdim edirik:

– Qüdrət bəy, Rusiya Federasiyasına 30 iyundan sonra Rusiyanın müvafiq dövlət orqanlarından 3 gün öncədən icazə kodu almadan getmək yasaq olunacaq. Azərbaycanın cavabı necə olmalıdır?

– Rusiya bir tərəfdən özünü keçmiş sovet respublikalarının daha sıx inteqrasiya olunması tərəfdarı kimi təqdim edir, digər tərəfdən pisixoloji diskomfort və etimadsızlıq yaradan bu cür mənasız qərarlar qəbul edir. Diplomatik kanallarla çalışmalıyıq ki, Rusiya bu addımdan çəkinsin. Amma heç bir halda qarşılıqlı olaraq biz də Rusiya vətəndaşları üçün eyni məhdudiyyəti tətbiq etməməliyik. Çünki bir tikə çörək dalınca Rusiyaya gedən çoxsaylı Azərbaycan vətəndaşı həmin ölkənin vətəndaşlığını qəbul etməyə məcbur olub. Azərbaycan bütün azərbaycanlıların vətənidir, xüsusilə Azərbaycanda doğulmuş şəxslərin özləri və onların nəvə-nəticələri üçün. Belələri vətəndaşlıq üçün müraciət edərsə onların bu xahişi dərhal yerinə yetirilməlidir. Biz ƏHD partiyası olaraq həmişə, həm də cənubi azərbaycanlıların öz vətənlərinə, Azərbaycan Respublikasına sərbəst gəlib-getmələri üçün İranla viza rejiminin aradan qaldırılması təşəbbüsü ilə çıxış etmişik. Dünyanın harasında yaşamalarından asılı olmayaraq biz öz soydaşlarımıza sahib çıxmalıyıq.

– Qüdrət bəy, Prezident ADA-da görüş zamanı çevriliş cəhdlərindən danışdı. Azərbaycanda kimsə belə bir cəsarət nümayiş etdirə bilərmi?

– Müstəqillik əldə edəndən sonra ölkəmizdə zaman-zaman belə cəhdlər olub, hətta baş tutanı da. Hazırda vəziyyət dəyişib. Dövlətimiz oturuşub. Xalqın həm islahatlarla bağlı Prezidentdən böyük gözləntiləri, həm də ona böyük dəstəyi var.

İkinci mühüm faktor ölkədə güclü daxili işlər nazirinin olmasıdır. Vilayət Eyvazovu uşaqlıq illərindən tanıyıram, onun xarakterinə bələdəm və Prezidentə nə qədər sadiq olduğunu da bilirəm. Nə qədər ki, o nazirdir, ölkədə sabitlik qorunacaq və ağlı başında olan kimsə antikonstitusion yolla hakimiyyət dəyişikliyi barədə düşünməməlidir. Baş tutmuş Gəncə qiyamından sonra rəhmətlik eks prezident Elçibəy deyirdi ki, mənim Ramil Usubov kimi nazirim olsaydı heç kim ölkədə dövlət çevrilişi həyata keçirə bilməzdi. Bu barədə əvvəllər danışmışam.

Üçüncüsü isə, xalqımız, siyasi partiyalar, ictimai fəal kəsim çevrilişlərin insanlara yaxşı heç nə vəd etmədiyini, hansı fəlakətlərə və məhrumiyyətlərə yol açdığını da öz üzərində sınayıb.

Dördüncü mühüm faktor isə regionda marağı və siyasi proseslərə təsir imkanları olan böyük ölkələrin Azərbaycanda sabitlikdə maraqlı olmasıdır. Başqa çoxsaylı faktorlar da var, əsasları bunlardır.
Ona görə çevriliş fikrinə düşənlər yalnız kimlərisə pul qarşılığında bədbəxt edirlər, bundan artıq heç nəyə nail ola bilməzlər.

– Qüdrət bəy, Əfv komissiyasının iclasları onlayn qaydada keçirilir, niyə? Siz siyasi motivlərlə həbs olunduğu iddia olunan şəxslərin də əfv olunmasını mümkün sayırsınızmı?

– İclaslar yəqin ki, karantin rejiminə görə onlayn qaydada keçirilir. Təəssüf ki, karantin rejiminin anlayışı, karantin rejimi zamanı hüquq və azadlıqların məhdudlaşdırılmasının çərçivəsi və müddəti barədə də qanunvericilik bazası yoxdur.

Bildiyimə görə, Komissiyanın iclaslarında sədr Samir Nuriyev tərəfindən hər kəsə müzakirə olunan məhkumla bağlı öz fikirlərini ifadə etməyə imkan yaradılır. Əsas budur. Əfvetmə haqqında əsasnamədə iclasın necə keçirilməsinə dair düzünə göstəriş yoxdur. Ona görə insanlar özlərini necə rahat hiss edirlərsə qoy iclaslar da o qaydada keçirilsin.

Pandemiyadan sonra biz Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik etdik. İndi Milli Məclisin sədri karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi və səsvermənin gücləndirilmiş elektron imzalar vasitəsilə tətbiqi yolu ilə iclasların keçirilməsi barədə qərar qəbul edə bilər.

Buna baxmayaraq biz eyni statuslu şəxslər olaraq toplanırıq, bir-birimizin yanında özümüzü rahat hiss edirik, qeyri – rəsmi təmaslardan çəkinmirik, bir-birimizi dinləyirik. Bu həm dövlət işləri, həm də insani münasibətlər baxımından çox önəmlidir. Görünür həm də deputatların bir-brini yoluxdurması da dövlətçiliyimizə təhlükə yaratmır (gülür). Yeri gəlmişkən, Prezident də kollektiv tədbirlərdə iştirak edir.

Sualınızın ikinci hissəsi ilə əlaqədar onu deyə bilərəm ki, Prezident əvvələr siyasi motivlərlə tutulduğu iddia olunan çoxlu sayda məhbusları əfv edib. İndi də mümkündür. Əgər şəxsiyyət və dövlət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərləri barədə belə bir qərar qəbul olunsa biz bunu alqışlayardıq. Çünki onların çoxu artıq xeyli müddətdir ki, məhbəs həyatı yaşayır və inanıram mütləq əksəriyyəti azad olunarsa düzgün yol seçəcək. Bu, humanist bir addım olmaqla yanaşı iqtidarın da, ölkəmizin də maraqlarına uyğun olardı.

Sonda onu da qeyd edim ki, ölkəmizdə əfvetmə və amnistiya haqqında qanun qəbul olunmalıdır. Konstitusiyaya görə ədalət mühakiməsini məhkəmələr həyata keçirir və qanunvericiliyə görə məhkum olunmuş şəxsləri məhkəmələr vaxtından əvvəl cəzadan azad edə, yaxud cəzanı yüngülləşdirə bilər.

Əfvetmə və amnistiya hüququndan dövlət mənafeləri naminə müstəsna hallarda istifadə olunmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Aprel 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see186

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see154

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see141

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see132

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see128

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see124

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see124

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see121

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri