Icma.az
close
up
RU
Siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar

Siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar.

APA bəyanatı təqdim edir:

“2020-ci il 27 sentyabr tarixində başlayan Azərbaycan xalqının haqq savaşı – Vətən müharibəsi azərbaycanlıların böyüklüyünü, əzmini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Uzun illər düşmən işğalında olan, torpağının üstü də, altı da talan edilən Qarabağ və Şərqi Zəngəzur əraziləri Vətən müharibəsi Zəfəri ilə öz azadlığına qovuşdu. 44 gün ərzində Azərbaycan Ordusunun cəsur döyüşçüləri öz arxalarında Azərbaycan xalqının tükənməz gücünü və birliyini hiss edərək düşməni - Ermənistan ordusunu darmadağın etdi və bununla da Qafqazda uzun illər mövcud olan erməni mifini tarixin zülmətinə göndərdi.

Vətən müharibəsində Azərbaycan xalqının və əzəmətli Ordusunun qazandığı Zəfər dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunaraq Azərbaycanın növbəti qələbələrinin açarına çevrildi. Vətən müharibəsi Zəfərindən sonra Azərbaycan dövlətinin humanist, sülhpərvər və tolerant mövqeyi ilə hələ də Qarabağda yaşayan erməni separatçıları və onları qoruduğunu iddia edən silahlı dəstələrin işğaldan azad edilən ərazilərimizdə quruculuq işləri ilə məşğul olan vətəndaşlarımıza qarşı törətdikləri cinayətlər, eləcə də Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlərin davam etməsi 2023-cü ilin 19 sentyabr tarixində başlanan birgünlük antiterror əməliyyatlarını labüd etdi. Milli həmrəyliyin təzahürü olan xalq-ordu birliyinin nəticəsində qalibiyyətlə başa çatan antiterror əməliyyatından sonra Azərbaycanda yer almış separatçı qüvvələrin kökü birdəfəlik kəsildi, tarixən azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətlərin hüquqi müstəvidə cəzasından qorxan ermənilər Azərbaycan dövlətinin ərazisini könüllü şəkildə birdəfəlik tərk etdilər.

Azərbaycan ordusunun yüksək humanist keyfiyyətlərlə – bir nəfər də olsun sivil şəxsə toxunulmadan şərəf, namus və ləyaqətlə icra etdiyi bu tarixi missiya Azərbaycan dövlətinə tarixində ilk dəfə tam suverenlik qazandırdı. Azərbaycanın yüz illər ərzində apardığı haqq mübarizəsi, Vətən uğrunda verilən qurbanlar Azərbaycan xalqını tarixinin ən böyük Qələbəsinə qovuşdurdu və müzəffər xalqa çevirdi. Azərbaycan indi öz tarixinin ən güclü, şərəfli və məğrur dövrünü yaşamaqdadır.

Bütün dünya azərbaycanlıları dərindən dərk edir ki, 44 günlük Vətən müharibəsinin nəticəsində təkcə ərazi bütövlüyümüz bərpa edilməmiş, eyni zamanda Azərbaycan xalqının qüruru özünə qayıtmış və Azərbaycan dünya dövlətləri sırasında qalib dövlətə çevrilmişdir. Dünya tarixinin ən qarışıq və təhlükələrlə dolu zamanında Azərbaycan xalqının, Azərbaycan Ordusunun və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik tariximizə bəxş etdiyi bu şanlı səhifə daim xatırlanacaq və əbədi yaşayacaqdır.

Bu gün Azərbaycan beynəlxalq miqyasda söz sahibidir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş sürətlə həyata keçirilən bərpa-quruculuq işləri əzəli torpaqlarımıza həyat bəxş edir, eləcə də bütün dünyaya Azərbaycanın gücünü nümayiş etdirir. Erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunur, 30 il müddətində daşı-daş üstdə qalmayan şəhərlər yenidən qurulur, Qarabağın hər bir guşəsinə həyat yenidən qayıdır, Şuşa, Xankəndi, Laçın və digər şəhərlər dünyanın nüfuzlu liderlərinin görüş məkanına çevrilir.

Sevindirici haldır ki, Qarabağda Azərbaycan dövlətinin həyata keçirdiyi quruculuq prosesi dost ölkələrin də yüksək diqqətindədir. Xüsusən Türk Dövlətlərinin rəhbərlərinin Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinə dəstəyi gündən-günə daha da inkişaf edən türk birliyinin simvoluna çevrilir. Dünyanın super dövlətlərinin dəstəyi ilə qısa zamanda fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycanın ərazilərini deyil, bütün türk dünyasını bir-biri ilə bağlayan, Uzaq Şərqi Avropa ilə birləşdirən tarixi İpək Yolunun bir parçasına çevrilir.

Dövlətimizin dünya birliyində tutduğu layiqli mövqeyi, Qalib dövlət nüfuzunun qorunması istiqamətində atılan böyük addımları yüksək dəyərləndirərək Vətənimiz naminə daim siyasi milli birliyi dəstəkləyən partiyalar xalqımızı və dünya azərbaycanlılarını Zəfər Gününün beşinci ildönümü münasibətilə təbrik edir və hər kəsi güclü Azərbaycan naminə sarsılmaz və daha möhkəm milli birliyə səsləyir.

1. Yeni Azərbaycan Partiyası

2. Vətəndaş Həmrəyliyi Partiyası - Sabir Rüstəmxanlı

3. “Ana Vətən” Partiyası - Fəzail Ağamalı

4. Ədalət, Hüquq, Demokratiya Partiyası - Qüdrət Həsənquliyev

5. Böyük Quruluş Partiyası - Fazil Mustafa

6. Demokratik İslahatlar Partiyası - Asim Mollazadə

7. Azərbaycan Demokratik Maarifçilik Partiyası - Elşən Musayev

8. Milli Cəbhə Partiyası - Razi Nurullayev

9. “Azərbaycan Milli İstiqlal” Partiyası - Arzuxan Əlizadə

10. “Böyük Azərbaycan” Partiyası - Elşad Musayev

11. Haqq Ədalət Partiyası - Əli İnsanov

12. Azərbaycan Ümid Partiyası - İqbal Ağazadə

13. Milli Dirçəliş Hərəkatı Partiyası - Fərəc Quliyev

14. Azərbaycan Demokrat Partiyası - Sərdar Cəlaloğlu

15. Klassik Xalq Cəbhəsi Partiyası - Mirmahmud Fəttayev

16. AĞ Partiyası - Tural Abbaslı

17. REAL Partiyası - Natiq Cəfərli

18. Azad Vətən Partiyası - Akif Nağı

19. Müasir Müsavat Partiyası - Hafiz Hacıyev

20. Yeni Zaman Partiyası - Musa Ağayev

21. Gələcək Azərbaycan Partiyası - Ağasif Şakiroğlu

22. Vəhdət Partiyası - Adəm İsmayılov

23. Ədalət Partiyası - Mütəllim Rəhimov”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Noyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri