Tərtərdə Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar keçirilən aksiyalarda 1000 ədəd ağac əkilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Tərtər, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Tərtər-Bərdə avtomobil yolunun kənarlarında keçirilən aksiya çərçivəsində 350 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Tərtər Rayon İcra Hakimiyyəti və Tərtərçay Hidroqovşağı İstismarı idarəsinin birgə təşkilatçılığı ilə Tərtər-Suqovuşan yolunun kənarında keçirilən ağacəkmə aksiyasında isə 650 ədəd müxtəlif növ meyvə və meşə ağacları əkilib.
Bu mövzuda digər xəbərlər:Parlament 8 noyabr Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat yayacaq
28 Oktyabr 2025 16:19
Siyasi partiyalar Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar
07 Noyabr 2025 10:23
Tərtərdə keçirilən ağacəkmə aksiyasında 300 ədəd Eldar şamı əkilib
09 May 2025 15:31
8 noyabr Zəfər gününün beşinci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bəyanatı
07 Noyabr 2025 15:48
Bakıda Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək
16 Oktyabr 2025 15:24
Baxış sayı:69
Bu xəbər 06 Noyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















