Icma.az
close
up
RU
Siyasi risklər böyükdür: Paşinyan Konstitusiya dəyişikliklərinə tələsmir

Siyasi risklər böyükdür: Paşinyan Konstitusiya dəyişikliklərinə tələsmir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması əleyhinə olan rəy üstünlük təşkil edir

 Amerikalı alim, Atlantik Şurasının geosiyasi analitiki Riç Outzen Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbindən danışıb. Outzenin fikrincə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi barədə Azərbaycanın tələbi Nikol Paşinyan üçün ciddi siyasi risk yaradır. Amerikalı alim hesab edir ki, məsələnin daha ağıllı və daha real həll yolu ABŞ-nin Ermənistanı Konstitusiyaya uyğun şəkildə və onunla ziddiyyət təşkil etməyən, açıq şəkildə ərazi iddialarının olmadığını və irredentizmin tamamilə rədd edildiyini göstərən ayrıca bir saziş hazırlamağa təşviq etməsi ola bilər. Qeyd edək ki, "İrredentizm" başqa dövlətin ərazisini tarixən, etnik və mədəni cəhətdən öz ərazisi hesab edərək onu geri qaytarmağa yönəlik siyasətdir. Ekspertlərə görə, bu variant ilk baxışda cəlbedici görünə bilər. Lakin mövcud problemi həll etmir və məqbul sayıla bilməz. Çünki ayrıca bir sazişin imzalanması ərazi iddiaları ilə bağlı müddəaların qüvvədə qalması deməkdir. Həm də nəzərə alınmalıdır ki, Ermənistan Konstitusiyasında təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə qarşı da ərazi iddialarına əsas verən müddəalar var.

Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a deyib ki, Ermənistan Konstitusiyasının hazırkı mətninin və göstərilən sənədlərin qüvvədə qalması Ermənistanın açıq şəkildə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olduğunu hüquqi cəhətdən təsbit edir. Ekspertin sözlərinə görə, Konstitusiyadakı ərazi iddiaları ilə bağlı müddəalar revanşistlərin öz maraqlarına uyğun irredentizm siyasəti üçün hüquqi əsas yaradır:

"Təklif olunan kimi Ermənistanın ərazi iddialarının olmadığını göstərən ayrıca bir saziş imzalanması bu vəziyyəti hər hansı formada aradan qaldırmağa kömək etmir. Çünki istənilən saziş Konstitusiyaya bərabər tutula və ya Konstitusiyadan üstün hüquqi qüvvəyə malik ola bilməz. Ermənistan hökuməti və revanşistlər həmin sazişi Konstitusiyaya zidd hesab edərək Azərbaycana qarşı ərazi iddiaları yenidən irəli sürüb təcavüzkar siyasətlərini davam etdirə bilərlər. Digər tərəfdən, Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması əleyhinə olan rəy üstünlük təşkil edir. Outzenin dediyi kimi, Konstitusiya dəyişikliyinə getmək, xüsusən parlament seçkiləri ərəfəsində Paşinyan üçün siyasi risk yarada bilər. Paşinyan da bunu çox gözəl başa düşdüyü üçün Konstitusiya dəyişikliklərinə tələsmir".

Analitik hesab edir ki, məsələnin həllində ilkin addım kimi keçmiş "Dağlıq Qarabağ" ərazisinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin qərarının ləğv edilməsi və Ermənistanın Müstəqillik Bəyannaməsindən həmin qərara istinadı aradan qaldırmaq mümkündür:

"Hər iki sənəd Ermənistanın ovaxtkı Ali Soveti tərəfindən qəbul edilib. Paşinyanın üstünlüyü olan hazırkı parlament müvafiq qərarı ləğv edə, həmin qərara istinadı Müstəqillik bəyannaməsindən çıxara bilər. Yaxud, Ermənistanın Konstitusiya Məhkəməsi qərarı və Müstəqillik Bəyannaməsində ona istinadı etibarsız sayar. Tramp administrasiyasının buna çalışması daha məqsədəuyğun olar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Noyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri