Icma.az
close
up
RU
SİYASİ ŞƏRHÇİ: Paşinyan seçkidə qalib gəlsə də...

SİYASİ ŞƏRHÇİ: Paşinyan seçkidə qalib gəlsə də...

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri göstərir ki, baş nazir Nikol Paşinyan növbəti dəfə hakimiyyətdə qalmağı bacarıb. Hakim Vətəndaş Müqaviləsi Partiyası təxminən 51 faiz səslə birinci olub və hökuməti formalaşdırmaq hüququ əldə edib. İlk baxışdan bu nəticə Paşinyanın qələbəsi kimi görünür. Lakin rəqəmlərin arxasında gizlənən siyasi reallıq tamamilə fərqlidir”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Əslində Paşinyan seçkidə qalib gəlsə də, siyasi baxımdan əvvəlkindən daha zəif vəziyyətə düşüb. Paşinyan İkinci Qarabağ savaşından sonra 2021-ci ildə  keçirilən  parlament seçkilərində 72 mandat əldə etmişdi və Ermənistanın siyasi sistemində faktiki olaraq rəqibsiz mövqeyə malik idi. Müxalifət isə ümumlikdə 36  deputat yeri qazanmışdı. “Ermənistan” bloku 29 səs, Serj Sərkisyan və Artur Vanesyanaın lideri olduğu “Mənim şərəfim” bloku 7 yer qazanmışdı.

Bu gün isə vəziyyət dəyişib. İlkin nəticələrə görə, 7 iyunda keçirilən seçkilərdən sonra mandatlar aşağıdakı kimi paylanır:  Hakim “Vətəndaş Müqaviləsi” Partyası – 61 mandat; Samvel Karapertyanın lideri olduğu “Güclü Ermənistan” bloku – 28 mandat; Robert Köçəryanaın lideri olduğu “Ermənistan” bloku – 11 mandat; iş adamı Qaqik Tsarukyanın lideri olduğu “Çiçəklənən Ermənistan”  Partiyası isə – 5 mandat.  Ümumilikdə müxalifət 44 yer qazanıb”.

M. Bünyadlı hesab edir ki, hakim partiya parlamentdə sadə çoxluğa malik olsa da, ölkənin gələcəyini müəyyən edəcək strateji qərarları təkbaşına qəbul etmək imkanından xeyli uzaqdır:

“Ən mühüm məqam isə budur ki, Paşinyan konstitusion çoxluq əldə edə bilməyib. Seçkidən əvvəl həm Ermənistanın daxili siyasi gündəmində, həm də Azərbaycan-Ermənistan münasibətlərində əsas məsələ Konstitusiya islahatı idi. Çünki Bakı yekun sülh sazişinin imzalanmasının vacib şərtlərindən biri kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların dəyişdirilməsini tələb edir.

Bu vəziyyətdə müxalifət parçalanmış olsa da, parlamentdə daha geniş təmsilçilik qazanıb və hakimiyyətin qərarlarına təsir göstərə biləcək imkanlar əldə edib. Bu isə Paşinyanın qarşıdakı beş ildə əvvəlki kimi rahat manevr edə bilməyəcəyini göstərir”.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 İyun 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri