Icma.az
close
up
RU
Siyasi uçurumun kənarındakı adam...

Siyasi uçurumun kənarındakı adam...

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Siyasi uçurum radikalizmdən başlayır.

Günlərin bir günündə də o uçuruma yuvarlanıb və elə orada da sağa-sola çırpınırsan, amma heç nəyə nail olmursan. 

Bu səni bir az da radikallaşdırır, daha bərkdən nəsə deyirsən, özündən başqa da eşidən olmur. Gün ona doğrudur.

Radikal siyasi populizmi müxalifətçilik hesab edən Əli Kərimli bu dəfə jurnalistlərə və kütləvi informasiya vasitələrinə hücum çəkib. 

Çünki Əli Kərimli təhqiri və siyasi şantajı illərdir ki, özünə mübarizə üsulu seçib. Özünü media azadlığının müdafiəçisi kimi göstərən Əli Kərimli indi jurnalistlərə böhtan atır, onları trol adlandırır. 

Əli Kərimli “Mənim kimi düşünməyən mənim düşmənimdir” zehniyyəti ilə hərəkət edir. Demokratiyadan dəm vuran Kərimli mediada fikir plüralizminə qarşı həqarət yağdırır. 

Müxalifətçi olan gərək sağlam tənqidə dözməyi də bacarsın. Əli Kərimli isə onun siyasi ruporuna çevrilməyən, çevrilmək istəməyən hər kəsə, jurnalistlərə hücum edir, onu normal tənqid edənləri də. 

Sanki media əhlinin peşəsi Əli Kərimlinin şəninə bəlağətli siyasi təriflər yağdırmaqdan ibarət imiş.

Bu yolla gündəmdə qalmaq, özünü müxalifət lideri kimi qələmə vermək Əli Kərimlinin köhnə taktikasıdır. 

Mətbuatın işinə müdaxilə etmək, jurnalistlərdən öz məqsədi üçün istifadə etmək Əli Kərimlinin köhnə vərdişidir. 

Lakin əvvəlkindən fərqli olaraq, indi peşəkar və müstəqil jurnalistikanın formalaşması Əli Kərimlinin bir zamanlar əsas fəaliyyət növünə çevrilmiş media üzərində siyasi inhisarına son qoyub. Ona görə də yeni vəziyyətlə barışa bilməyən Kərimli jurnalistləri “yazı-pozu sahibi”, “5-ci kolon”, “ümidsizlik, pessimizm, təslimçilik aşılayan”lar adlandırır.

Bəlkə də jurnalistləri bu cür təhqir etmək, onların özünə və peşəsinə qara yaxmaq haqqını yer üzündə heç zaman haqq etməyən adam elə Əli Kərimlidir.

Jurnalistlər arasından, vətəndaş cəmiyyətindən yüzlərlə, bəlkə minlərlə insanın satın alındığını iddia edir. Əli Kərimlinin bu da növbəti yalanı olsun. 

Amma bir həqiqət var. Siyasətçi olmağa, müxalifət liderliyinə iddialı olan adamın hamını “trol”, satqın adlandırması heç bir siyasi fəaliyyətə, etikaya sığmır.

Lakin onun üçün fərqi yoxdur. Uçurum kənarında fəaliyyət, etika nəzərdə olmur. Ona görə də nə gəldi deyir. Lakin bir şeyi unudur ki, onun satqın, trol dediyi jurnalistlərin də Əli Kərimliyə verəcəyi bir sual var: “Bəs sən kimsən?”

Cavabı aydın suallardandır. Çünki Əli Kərimlinin keçmişini jurnalistlər də yaxşı bilir...
Süleyman
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see675

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see225

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see204

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see181

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see179

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see177

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see176

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see174

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see168

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see164

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see156

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri