Siyavuş Novruzov 2 ay sonra yenidən PARLAMENTDƏ
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 12 məsələ daxil edilib.
Modern.az-ın məlumatına görə, uzun müddətdir səhhəti ilə bağlı iclaslara qatılmayan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da plenar iclasda iştirak edir.
Qeyd edək ki, Siyavuş Novruzov sonuncu dəfə parlamentin fevralın 3-də keçirilən plenar iclasında iştirak edib. Ondan sonrakı 7 iclasda, həmçinin komitə iclaslarına qatılmayıb. Onu komitədə sədr müavini Nurlan Həsənov əvəzləyib.
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Siyavuş Novruzov idman zamanı xəsarət alması barədə xəbərlər yayılıb.

Siyavuş Novruzov xəstəxanalıq oldu
20 Mart 2025 11:42
Siyavuş Novruzov FHN əməkdaşlarını öydü
01 May 2025 13:05
Siyavuş Novruzov Milli Məclisə gəldi
22 Aprel 2025 11:19
Siyavuş Novruzov: ...Vətəndaşı incitmək olmaz”
30 Sentyabr 2025 19:32
Sənədlərin verilməsi sadələşdirilməlidir Siyavuş Novruzov
30 Sentyabr 2025 13:53

