Paraqvay prezidenti Santyaqo Penya istefa verib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Paraqvay prezidenti Santyaqo Penya Ueno Bankın iflasından sonra istefa verdiyini açıqlayıb.
APA xəbər verir ki, bankın təxminən 3 milyon müştərisinin hesabları dondurulub.
Penya qərarını ölkədə sabitliyin, ictimai asayişin və demokratik institutların qorunması zərurəti ilə əsaslandırıb. O, vətəndaşlardan üzr istəyərək əmanətlərin geri qaytarılmasına və dövlət vəsaitlərinin qorunmasına nail olunmasının əsas prioriteti olduğunu bildirib.
Paraqvay Konstitusiyasına əsasən, prezident istefa verdikdə onun səlahiyyətlərini vitse-prezident icra etməlidir.
Prezidentin istefası parlamentdə Ueno Bankla bağlı mümkün maraqlar toqquşmasına görə onun impiçmenti məsələsinin müzakirə edildiyi vaxta təsadüf edib.
Qeyd edək ki, Paraqvay Mərkəzi Bankı əvvəlcədən xəbərdarlıq etmədən Ueno Banka xarici idarəetmə tətbiq edib və nəticədə bütün hesablar dondurulub. Paraqvayın əhalisinin təxminən 7 milyon nəfər olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 Noyabr 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















