Siyavuş Novruzovdan TƏKLİF “Bu şəxslərə güzəştli ipoteka verilsin”
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“İnsanların kəndlərə, rayonlara qayıtması ilə bağlı qanunvericilikdə də, icrada da addımlar atmalıyıq. İlk növbədə onlara güzəştli kreditlərin verilməsi, sənədləşdirilmə işi xeyli sadələşdirilməlidir. Kənd rayonlarında insanlar güzəştli kreditlərdən bəhrələnə bilsinlər, bunun nəticəsində müəyyən iş yerlərinin açılmasına, sahibkarlara çevrilə bilsinlər.
İpoteka kreditləri fevral ayında verilməyə başlanılacaq. Dərhal işbazlar mənzil qiymətlərini qaldırırlar. Burda da kənd rayonlarının üstünlük təşkil etməsinə nəzarət etməliyik ki, onlara daha çox ipoteka verilsin. Xüsusilə, kənddə dərs deyən müəllimlərə güzəştlər olunsun ki, onlar ipotekadan istifadə edib mənzillərlə təmin edilsinlər, qalıb orda gələcək nəsillərin yetişdirilməsi üçün işlərini davam etdirsinlər”.
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Gəncə, Sumqayıt, Mingəçevir və xüsusilə də sərhəd bölgəsində olan rayonlarda da güzəştli mənzillərin tikiləməsinə şərait yaratmalıyıq.
Bundan başqa deputat təhsil məsələsinə toxunaraq məktəblərdə imtahanların çox olduğunu qeyd edib:
“Orta məktəblərdə imtahanlar həddindən artıq çoxdur. İldə dörd dəfə imtahan verirlər, hər dəfə imtahanlarda gərginlik yaşayırlar. Biz hələ də bir təhsil forması tapmamışıq. Təhsil komitəsində bir dinləmə keçirilməsini təklif edirəm ki, biz də öz fikirlərimizi bildirək. İncəsənətə, idmana həvəsi olan uşaqlar onlara vaxt tapmırlar”.
Günay şahmar. Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 02 Fevral 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















