“Siz diz çökəcəksiniz” İrandan ABŞ yə cavab
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ dövlət katibi Marko Rubionun ölkəsinə dair açıqlamasına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Qalibaf bu barədə “X” hesabında paylaşım edib və ABŞ-ni “alçaldıcı” məğlubiyyət gözlədiyini bildirib.
“Biz iranlılar tarix boyu özlərini kainatın hökmdarı elan edən və qədim sivilizasiyaları yer üzündən silməyə çalışanlara qarşı durmuşuq. Onlar od-alovla gəlirdilər, lakin toz-torpaq və rüsvayçılıq içində gedirdilər. İskəndərin şöhrətini miras almaq istəyənlər Valerianın taleyini bölüşəcəklər. Siz diz çökəcəksiniz”, - deyə İran parlamentinin sədri qeyd edib.
Makedoniyalı İskəndər eramızdan əvvəl IV əsrdə Fars imperiyasını fəth edib. Roma imperatoru Valerian isə eramızın 260-cı ilində Edessa döyüşündəki məğlubiyyətdən sonra Fars şahı I Şapura əsir düşüb. İranda bu hadisə tez-tez qüdrətli rəqibin təhqir olunmasının simvolu kimi nümunə göstərilir.
Qeyd edək ki, Marko Rubio oktyabrın 6-da bildirib ki, İran Hörmüz boğazı üzərində nəzarəti tam olaraq itirib. O, burada əsas arqument olaraq sentyabrda Fars körfəzi ölkələrindən neft ixracı həcmlərinin bərpa edilməsini misal çəkib.
Baxış sayı:126
Bu xəbər 10 Oktyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















