Icma.az
close
up
RU
Siz heç öz müalicəsi üçün cinayət törədən gördünüzmü? Mən gördüm…

Siz heç öz müalicəsi üçün cinayət törədən gördünüzmü? Mən gördüm…

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən ilin elə bu vaxtları həmişəki kimi Bakı Ağır Cinayətlər Məhkəməsində idim. Həmin gün hakim Leyla xanımın zalında baxılan cinayət işi nədənsə yaddaşıma həkk olundu. 

Məhkəmə başlayıb. Müttəhim kürsüsündə üzündə kədər izləri olan ahıl kişi dayanır. İrəliləyən dəqiqələrdə öyrənirəm ki, bu, vaxtilə cəzaçəkmə müəssisələrindən birinin nəzdindəki xüsusi məktəbin direktoru olmuş Əmrah Səfərovdur.

Keçmiş direktor məktəb xərcləri üçün ayrılmış 63 min manat dövlət vəsaitini şəxsi mənafeyi üçün mənimsəyib. İndi də həmin əməlinə görə mühakimə edilir.

Proses getdikcə salonda səssizlik artır. Bu vaxt mən də onun üzündəki kədərin səbəbini öyrənirəm. Əmrah Səfərov onkoloji xəstədir. Özü də xəstəliyin ən sonuncu mərhələsini yaşayır.

Yaşlı adam təqsirini gizlətmir. Onun cinayət törətməsinin səbəbləri isə bütün məhkəmə salonunu düşündürür: “Cəzaçəkmə müəssisəsində işləmək xəstə adam üçün çox çətindir. Buna baxmayaraq 20 faiz artıq maaş üçün işimə davam etməli idim. Xəstəlik irəlilədikcə isə artıq maaş da müalicəmə yetmədi. Bu cinayəti müalicəmi davam etmək üçün  törətdim. Mənimsənilən pulların da hamısını dərman xərclərimə sərf etmişəm”.

67 yaşlı müttəhim danışdıqca dövlətdən oğurladığı pullarla maral ferması quran Alimpaşa Məmmədovu, oğluna milyonluq avtomobil alan Vilyam Hacıyevi, 80 milyonluq əmlaka sahiblənən Rasim Məmmədovu xatırlayaraq öz-özümə belə bir sual verirəm: Onların dəbdəbəsi ilə bu ahıl kişinin dərman üçün xərclədiyi 63 min manatı müqayisə etmək mümkündürmü?

Cavabı tapmamış hakimlər hökmü oxumaq üçün zala daxil olurlar. Əmrah Səfərov ağır xəstəlikdən əziyyət çəkdiyindən 2 il sınaq müddəti seçilməklə, şərti cəzaya məhkum edilsin! 2 il sınaq müddəti…

Bir müddət əvvəl də yuxarı instansiyanın qərarı ilə onun müsadirə edilmiş evi və avtomobili özünə qaytarıldı. 

Bəli, heç bir cinayət cəzasız qalmamalıdır. Lakin cəzanın mahiyyəti sadəcə şəxsi cəzalandırmaq, onu cəmiyyətdən kənarlaşdırmaq deyil, həm də islah etməkdir. Həmin işdə də məhkəmələr humanizm prinsipini rəhbər tutaraq öz qərarlarında ədalətlə mərhəməti birləşdirdilər.

Bu gün isə başqa bir cinayət işini oxuyarkən yenidən onun adına rast gəlirəm. İş materiallarına əsasən, Əmrah Səfərov sözügedən cinayət işinə xitam verilməsi üçün bir nəfərə 10 min manat pul verib. Hazırda həmin adam dələduzluq ittihamı ilə həbs edilib, Əmrahı məhkəmədə xanımı təmsil edir. Mənim diqqətimi çəkən isə tamam başqa bir məsələ oldu.

Qəhrəmanımızla bağlı budəfəki epizod isə belə başlayırdı:

“Mərhum zərərçəkmiş Əmrah Səfərov…”

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Avqust 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri