Icma.az
close
up
RU
Siz savaşa, biz tamaşa ... İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi kənarda saxlamağı bacarıblar

Siz savaşa, biz tamaşa ... İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi kənarda saxlamağı bacarıblar

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“İran uzun on illərdir elə bir siyasət yürüdür ki, onun regional müttəfiqliklərinin heç biri hərbi ittifaq səviyyəsinə yüksələ bilməyib. İsrail-İran müharibəsində bu, özünü açıq şəkildə biruzə verdi. İran əsas olaraq Çin, Rusiya, Şimali Koreyaya arxalanmağa ümid edirdi. Lakin bu dövlətlərdən diplomatik-siyasi dəstəkdən artıq nəsə əldə edə bilmədi”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Pakistan və Çindən İrana hərbi yardım ilə bağlı iddialar var, lakin bu iddialar rəsmi olaraq öz təsdiqini tapmayıb: “Pakistanın Müdafiə naziri bəyan edib ki, İslamabad İsrailin hücumlarının başlanmasından sonra rəsmi Tehranla heç bir hərbi əməkdaşlıq içərisində olmayıb. Rusiya rəsmiləri bildirirlər ki, İranla strateji tərəfdaşlıq haqqında sazişin olmasına baxmayaraq bu, sazişə müdafiə üzrə dəstək daxil deyil və buna görə Rusiya hadisələri kənardan izləyir. Çinin də İrana hərbi-sənaye istehsalı məqsədilə satılan kimyəvi maddələr və hərbi komponentlərdən başqa, hərbi yardıma dair hər hansı sübut yoxdur. Çin yük təyyarələrinin İrana bir neçə dəfə eniş etməsi hərbi yardımla bağlı iddianı təsdiqləyə bilməz. Bu təyyarələr, məsələn zənginləşdirilmiş uranın daşınması üçün də eniş etmiş ola bilərdi. Təbii ki, bütün bunlar ehtimallardır”.

Şəhla Cəlilzadə

Politoloq qeyd edib ki, Çin üçün Yaxın Şərqdə münaqişənin eskalasiyası maraqlı deyil, çünki İranda rejim dəyişikliyi yaxud onun çöküşü Çinin enerji və iqtisadi maraqlarını təhdid edir.

“Adı qeyd edilən dövlətlərin hər biri İrana açıq hərbi dəstəyin göstərilməsinin III Dünya Müharibəsinin başlanması demək olacağından ehtiyat edərək məhdud (diplomatik-siyasi) və ya gizli şəkildə (hərbi) dəstək həyata keçirirlər. Tramp da bu gün bəyan etdi ki, Çinin İrana hərbi dəstək göstərəcəyini ehtimal etmir. Beləliklə, artıq 9-cu günü yaşanan İsrail-İran müharibəsi kontekstində dünyada qütbləşmə meylləri müşahidə olunsa da, real hərbi bloklaşmalar formalaşmayıb. Məsələn; Çinin və Pakistanın, eləcə də müsəlman-ərəb dövlətlərinin iranmeylli mövqeyi hiss olunur. Çin, Rusiya, Pakistan və Əlcəzair BMT TŞ-də İsrailin İrana hücumunu qınayıblar. Körfəz ölkələri MAQATE-yə İsrailin nüvə təsisatlarına hücumları ilə bağlı narahatlıqlarını ifadə ediblər”-deyə Şəhla Cəlilzadə bildirib.

Politoloq vurğulayıb ki, Pakistan İrana nüvə başlığı ilə hücumun dünyada nüvə müharibəsini başlada biləcəyinə dair xəbərdarlıq edib: “Bütün bunları İranı dəstəkləyən beynəlxalq çəkindirmə gücü olaraq adlandırmaq olar. Bunun əksinə, ABŞ və G7 ölkələri İsraili dəstəklədiklərini açıq şəkildə bəyan edib, İranı Yaxın Şərqdə qeyri-stabilliyin əsas səbəbkarı adlandırıblar. Lakin İranı “şər imperiyası” adllandıran, İranı “qeyd-şərtsiz kapitulyasiyaya” çağıran və “əgər lazım gələrsə ABŞ ordusu İsraili tək qoymayacaq” deyən Tramp müharibədə açıq iştirakını etiraf etməyib. Bununla yanaşı, qeyri-rəsmi olaraq Fars (Ərəb) körfəzində yerləşdirilən ABŞ gəmiləri və İsrailin müdafiəsini gücləndirmək məqsədilə aktivləşdirilən ABŞ Patriot və Thaad sistemləri ABŞ-ın İsrailə hərbi yardımını sübut edir. Nəticə olaraq, ehtimal etmək olar ki, ABŞ İrana digər dövlətlərin açıq hərbi yardımlarını etiraf edilənə qədər müharibəyə birbaşa qatılmayacaq”-deyən Şəhla Cəlilzadə vurğulayıb ki, əks təqdirdə, III Dünya Müharibəsi qaçınılmaz olar.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see314

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see201

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see172

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see159

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see148

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see142

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see139

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see134

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see133

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see132

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri