Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

Multikultural ailə mühitində qadın empavermenti Sürəyya Ağaoğlu

Multikultural ailə mühitində qadın empavermenti Sürəyya Ağaoğlu

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

XX əsr Türkiyə və Azərbaycan ictimai-siyasi mühitinin ən görkəmli simalarından biri olan Əhməd bəy Ağaoğlu, təkcə fəaliyyəti ilə deyil, həm də öz dövrü və müasir zaman üçün nümunəvi sayılan ailə modeli ilə seçilir. Əhməd bəy Ağaoğlunun yeddi övladı olmuşdur: iki oğlu — Vəzir və Bəşir — erkən yaşda vəfat etmiş, digərləri isə böyük qızı Sürəyya, Tezər, Gültəkin və oğlu Səməd olmuşdur. Avropa və Şərq mədəniyyətlərini dərindən bilən Əhməd bəy, dövrünün radikal və mənasız dini adətlərinə qarşı çıxan bir mütəfəkkir idi. Qeyd etmək lazımdır ki, o, qadın azadlığı məsələsini gündəmə gətirən və bu mövzuda silsilə məqalələr qələmə alan ilk ziyalılardan olmuşdur. Şübhəsiz ki, bu idealları müdafiə edən bir ziyalının ailə strukturu da həmin prinsiplər üzərində qurulmuşdu. Ağaoğlu ailə modeli XX əsrin əvvəllərində nadir rast gəlinən bir nümunə olaraq multikulturalizm və demokratik dəyərləri özündə birləşdirirdi. Şərq və Qərb mədəniyyətlərinin sintezi əsasında formalaşan bu model gender bərabərliyi, intellektual sosializasiya və ailədaxili demokratik qərar qəbulu kimi elementləri ehtiva edirdi. Məsələn, Əhməd bəyin ailəsində övladlar, xüsusilə qızlar, erkən yaşlardan intellektual müzakirələrə cəlb olunurdu ki, bu da ailəni patriarxal strukturlardan uzaqlaşdıraraqegalitar prinsiplərə yaxınlaşdırırdı. XX əsrdə, xüsusən Osmanlı və Azərbaycan kontekstində, qadınların təhsil və ictimai fəaliyyətdə məhdudlaşdırıldığı bir dövrdə bu cür ailə modeli olduqca nadir idi. Buna baxmayaraq, Ağaoğlu ailəsi transkultural dialoq və inklüzivlik dəyərlərini ön plana çıxarırdı. Bu müasir və multikultural dəyərləri əks etdirən ailə modelində Əhməd bəyin böyük qızı Sürəyya Ağaoğlunun həyat və fəaliyyətinə diqqət yetirdikdə, bütün ailə haqqında hərtərəfli təsəvvür formalaşdırmaq mümkündür.

Ailə mühitinin Sürəyya Ağaoğluya təsiri

Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atasının peşəkar fəaliyyəti və mövcud siyasi şərait səbəbindən erkən yaşlarında Osmanlı İmperiyasına köçməyə məcbur olmuşdur. Bu köçü xatırlayan Sürəyya Ağaoğlu yazırdı: “Uşaqlığımı, Bakıdan İstanbula gəlişimizi sanki bir yuxu kimi xatırlayıram: "Əmim Hüseyn bəy anamı, Humay bibimi, atamın bir qardaşı oğlunu və altı yaşında olan məni, bacı-qardaşlarımla birlikdə qatarla apardı. Qohumlar ağlayırdı. Anam və Humay bibim də. Sonra Batumdan gəmiyə mindiyimizi və mənə çox izdihamlı görünən Qalata körpüsünə çatdığımızı, orada atamın bizə əl etdiyini xatırlayıram". (Bir Ömür Belə Keçdi S.A)

Bu andan etibarən Sürəyya Ağaoğlu həyatının qalan hissəsini Türkiyə Cümhuriyyətində keçirmişdir. Azərbaycanda olduğu kimi, Türkiyədə də Əhməd bəy elm və ziyalı cameəsində tanınan və hörmət edilən bir şəxs idi. Onun evi dövrün görkəmli mütəfəkkir və ziyalılarının toplaşdığı bir mərkəzə çevrilmişdi. Sürəyya Ağaoğlu məhz bu intellektual mühitdə böyümüşdür. O, xatirələrində yazırdı:

 “Dövrün tarixi şəxsiyyətləri və qələm sahibləri evimizə yığışardılar. Atam uşaqlıqdan bizlərlə fəxr edər, qonaqlara bizi təqdim edər, bir müddət söhbətlərini dinləməyə icazə verərdi. Bir çox məşhura "əmi" deyə xitab edirdik".

Xatirələrdə təsvir edilən hadisələrin zamanına diqqət yetirdikdə görünür ki, Sürəyya Ağaoğlu hələ kiçik yaşlarından ətrafında baş verənləri dərk edir və təhlil edirdi. Bu isə Əhməd bəyin övladlarına sadəcə uşaq kimi deyil, şəxsiyyət və gələcəyin vətəndaşı kimi yanaşmasının nəticəsi idi. Beləliklə, bu ailə mühiti gender stereotiplərini aşan bir sosializasiya modeli kimi dəyərləndirilə bilər.

Təhsil yolu və gender bərabərliyi uğrunda mübarizə

Maraqlıdır ki, bu düşüncəli və ağıllı qız məktəb illərində heç də sakit olmamışdır. Oxumaqda üstün olsa da, dəcəllikləri müəllim və məktəb rəhbərliyini bezdirirdi. O, xatirələrində qeyd edirdi: “Dəcəlliklərimdən bezən məktəb müdiri məni yanına çağırıb dedi: ‘Ya məktəbi adam kimi bitir, ya da səni qovacağam".

Buna baxmayaraq, Sürəyya dərs almayaraq məktəbin həyətindəki ərik ağacına çıxır və kömürçüyə ərik atırdı. Kömürçü “Bu qara saçlı qız bütün günü mənə ərik atır” deyə şikayət etdikdə, Sürəyya belə cavab vermişdi: “Şükür eləsin! Daş atmırıq ki, ərik atırıq.” Bu hadisələr onun azad ruhunu və sərbəst mühitdə böyüdüyünü açıq şəkildə göstərir. Məktəbi bitirdikdən sonra Sürəyya Ağaoğlu hüquq sahəsində ali təhsil almaq qərarına gəlir. Lakin həmin dövrdə Türkiyədə qadınlar üçün hüquq fakültələri mövcud deyildi. 17 yaşında, başına çarşab bağlamadan hüquq fakültəsinin dekanı Səlahəddin bəyin yanına gedərək deyir: “Mənim adım Sürəyya Ağaoğludur. Bu il Bəzmi-Aləm Validə Sultan liseyini bitirmişəm. Hüquq təhsili almaq istəyirəm. Məni hüquq fakültəsinə qəbul edərsinizmi?”

Səlahəddin bəy buna müsbət cavab verərək demişdir: “Üç nəfər də yoldaş tap, dərhal açarıq”.

Beləliklə, Sürəyya Ağaoğlu Türkiyədə qızlar üçün hüquq fakültəsinin açılmasına səbəb olan və Türkiyədə ilk hüquq təhsili alan qadın olmuşdur. Bu addım gender bərabərliyi və qadın hüquqlarının institusionallaşması baxımından mühüm əhəmiyyət daşıyırdı. Universitet illərində atası Maltada sürgündə olsa da, Sürəyya atasından aldığı tərbiyədən güc alaraq təhsilini davam etdirmişdir. O, 1925-ci ildə məzun olmuş və Türkiyənin ilk qadın hüquqşünası kimi tarixə düşmüşdür.

Bu nailiyyət Avropada da diqqət çəkmiş, Rokfeller Fondu ona Paris Beynəlxalq Hüquq İnstitutunda üç aylıq seminar proqramı təklif etmişdir. Lakin İsmetİnönünün etirazı səbəbindən bu səfər baş tutmamışdır. Mustafa Kamal Atatürk isə Sürəyya Ağaoğlunu və bacısını türk qızlarının simvolu hesab edirdi. O, bu barədə yazırdı: “Atatürk bizim təhsilli türk qızları kimi yetişməyimizlə fəxr edirdi: ‘Bax, İsmet, Sürəyya hüquq fakültəsini bitirdi, Tezər fəlsəfə fakültəsinin son kursundadır. Türk qızları necə də gözəl irəliləyir".

Peşəkar fəaliyyət və beynəlxalq səfərlər

Hüquq fakültəsini bitirdikdə sonra Sürəyya Ağaoğlu vəkil kimi peşəkar fəaliyyətə başlamışdır. Onun ilk xarici səfəri Buxarest olmuş, həyatının sonuna qədər isə 70-dən çox ölkəyə iş və istirahət məqsədilə səfər etmişdir. 1941-ci ildə Misirə səfəri zamanı yazırdı: “Bu səfər zamanı Yaxın Şərqi yaxından tanıdım. Livanı, Suriyanı gördüm. Hələ rüşeym halında olan İsrailə getdim. Bir tərəfdə zibil və həşərat içində Yaffa, digər tərəfdə isə kiçik Avropa şəhərini xatırladan Tel-Əviv — çox təəccüblü bir mənzərə idi”.

Bu səfər mətbuatda maraq doğurmuş, Misir qəzetləri Qahirəyə “bir türk qadın vəkilin” gəlişi haqqında yazmışdı.

1945-ci ildə Londona gedərək orada müxtəlif qurumlarla tanış olmuş, Londonun ilk qadın vəkili Normantonla görüşmüş və Beynəlxalq Qadın Hüquqları Cəmiyyətinə üzv seçilmişdir. O, Londonda Türk Xalq Evində ingilis dilində “Müasir türk qadınının rolu” mövzusunda mühazirə oxumuşdur.

1946-cı ildə ABŞ-də Qadınlar Birliyi Konqresinə dəvət olunmuş, lakin ora çata bilməsə də, üç ay ərzində ciddi əlaqələr qurmuşdur. Yale Universitetində İslam və müsəlmanlar haqqında mühazirə oxumuş, Kolumbiya radiosunda müsahibə vermiş və Time jurnalının sahibləri olan Luce qardaşları ilə tanış olmuşdur. İstanbula qayıtdıqdan sonra İstanbul Vəkillər Kollegiyasının üzvü seçilmiş və uzun illər idarə heyətində yeganə qadın olmuşdur. O, həmçinin Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinə rəhbərlik etmiş (1952–1954), Union InternationaledesAvocats təşkilatının üzvü olmuşdur.

Sosial fəaliyyət və ictimai töhfələr

ABŞ və Böyük Britaniyada səfərləri zamanı Sürəyya Ağaoğlunun diqqətini çəkən əsas məsələlərdən biri evsiz uşaqlar olmuşdur. Bu sosial problemə qarşı mübarizədə ilk addımı 1949-cu ildə atan Sürəyya Ağaoğlu, Türkiyədə "Uşaq Dostları Dərnəyi"ni yaratmışdır. Əvvəlcə kimsəsiz uşaqları toplamaqda çətinlik çəkmişdir: "O zamanlar narkomanların yığışdığı topxanadakı Qılınc Əli Paşa və Qübbəli hamamlarda yanımızda Qalata qəza müdiri və bir polis ilə birlikdə gecələr axtarışa çıxdıq. Mənzərə qorxunc idi. Kiçik yaşlı uşaqlar hər cür səfalət və əxlaqsızlığa qarşı müdafiəsiz halda hamam daşlarına uzanmış narkomanların arasında yaşayırdılar". 1954-cü ildə "Cümhuriyyət" qəzeti "Bunlar da bizim şəhərin uşaqları" adlı reportaj dərc etmişdir ki, burada dərnəyin fəaliyyəti geniş işıqlandırılmışdır. Bu fəaliyyət sosial rifah və uşaq hüquqlarının müdafiəsi kontekstində qiymətləndirilə bilər.("Şuşadan İstanbula Sürəyya Ağaoğlu Yolu" Akif Aşırlı)

Sürəyya Ağaoğlunun irsi

Sürəyya Ağaoğlunun həyatını və fəaliyyətini təhlil etdikdə görürük ki, o, XX əsrin gender dinamikasını dəyişdirən bir fiqur olaraq, multikultural və demokratik dəyərləri təmsil edir. Bu, XX əsrdə nadir rast gəlinən bir fenomen idi, çünki dövrün dominant mədəni hegemoniyası qadınları məhdudlaşdırırdı, lakin Sürəyya Ağaoğlu bu hegemoniyanı sındırmışdır. Onun peşəkar nailiyyətləri – Türkiyə Cümhuriyyətində ilk qadın hüquqşünas olması, beynəlxalq təşkilatlarda rəhbərliyi və sosial layihələri – qadın hüquqlarının institusionalizasiyasınısürətləndirmişdir. Sosial töhfələri, məsələn "Uşaq Dostları Dərnəyi", sosial rifah sistemlərinin inkişafına töhfə vermiş, uşaq hüquqlarını interseksional perspektivdən müdafiə etmişdir. Atasından miras qalan demokratik ideyalar, onun həyatını obyektivlik və inklüzivlik prinsipi ilə istiqamətləndirmişdir. Sürəyya Ağaoğlunun qələmə aldığı "Bir Ömür Belə Keçdi", "London Xatirələri" və "Səssiz Gəmini Gözlərkən" kitabları isə, təkcə bioqrafik mənbələr deyil, dövrün sosial, iqtisadi və siyasi vəziyyətini təhlil edən etnoqrafik sənədlərdir. Bu irs, qadın hüquqları və sosial inkişaf sahəsində gələcək tədqiqatlar üçün əsas mənbə təşkil edir, çünki o, XX əsrin mədəni keçidini türk-islam kontekstində nümayiş etdirir. Nəticə olaraq, Sürəyya Ağaoğlu, minlərlə qadına ümid və yüzlərlə uşağa ana olaraq, qadının potensialını qlobal miqyasda nümayiş etdirmiş, beləliklə, gender və mədəni təhlillərdə daimi yer tutmuşdur.

Ayhan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see427

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see278

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see264

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see257

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see255

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see251

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see248

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see247

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see241

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see235

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see234

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see222

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see222

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see217

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see213

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see204

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see203

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see182

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see169

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri