Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Siz siyasi fəalsınız, cənab Lavrov?!

Siz siyasi fəalsınız, cənab Lavrov?!

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya dünyadakı gücü üçün savaşır. “NATO sərhədlərimizə yaxınlaşır...”, “Sovetlər dağılmasaydı, gözəl olardı..”, “Biz imperiya arzusunda deyilik, amma Sovetlərdə bir xatirəmiz var...” tipli səbəblər -  Ukraynaya savaş açması da bunun üçündür. Dünyadakı gücü üçün savaşdığı zaman əksinə oldu, hətta ona ən çox anlayış göstərən Azərbaycanla da münasibətləri pozdu. Əslində, çox üzücü vəziyyətdir. 
Rus mədəniyyəti bütün hallarda bizə doğmadır, Rusiya azərbaycanlıların ən çox yaşadığı ölkədir, Rusiya qonşumuzdur və qonşunun bədbəxtliyinə sevinmək ağıl işi olmaz. Amma!  O, bunu zorla seçir. Zorla da gözəllik olmur. ABŞ-la birliyi seçən ölkələr bunu raket hesabına etmirlər - nə Gürcüstan, nə Ukrayna, nə Ermənistan, nə Qazaxıstan, nə biz, nə də digərləri. Dünya ABŞ dolları ilə ticarət edirsə, onun dilini öyrənirsə, ən ucqar yerdə savadlı bir uşaq onun ən yaxşı universitetlərində təqaüd alıb oxuyursa... - araşdırılacaq mövzu budur, örnək budur. ABŞ-da feysbuk-u yaradan Zükerberq xoşbəxt həyatını yaşayır, Rusiyada tvitteri yaradan Pavel Durov isə siyasi mühacir kimi ölkəsindən didərgin düşüb. 2025-ci il! ABŞ-da Elon Muskın qurduğu şirkət Aya və Marsa uçmaq üçün Starship və Falcon Heavy raketlərini hazırlayır. Rusiya isə öz qan qardaşlarının başına raket yağdırır, qonşusu Azərbaycanın sərnişin təyyarəsini vurur.


Sovetlərdə 1961-də Qaqarin kosmosda dövrə vurub qayıtmışdı, bütün xalqları inandırmışdılar ki, ölkəmiz elmi kosmik inkişaf yaşayır. Amma Aya ilk uçan və 1969-1972 ə qədər 6 uçuş edən ABŞ oldu. O altı kosmonavtın biri də rusiyalı deyildi. Sovetlər dağıldı, onunla birgə 70 illik illüziya da dağıldı. Məlum oldu ki, ABŞ-nin NASA adlı nəhəngi var. Məlum oldu ki, bu respublikaların heç birində nə elmi inkişaf var, nə texniki, nə mədəni. Yumruqla televizorunu döyüb olan-qalan bir telekanalına baxmağa çalışan xalqlar ilk dəfə TOSHİBA-nı tanıdılar, dünyada yüzlərlə telekanalı olan ölkələrin varlığından xəbər tutdular. Bəs deyirdilər kosmosa ilk uçan biz olmuşuq? 
Bir dövlət buna hop deyə nail olmur, illəri, pulları, beyinləri xərclənir, bütün gücünü qoyur, gecə-gündüz işləyir, proqramlar, layihələr... - zəhmət, inanılmaz zəhmət hesabına əldə edir. Rusiya əslində ABŞ ilə yarışır, İkinci Dünya savaşından bu yana belədir. Bayden də bu səbəbdən Ukraynaya dəstək verirdi. Trampın fərqi ondadır ki, üslubu fərqlidir, belə bir duruşu var: Mən ABŞ-əm, sən nə karəsən ki, səninlə problemim ola?! Ukrayna və Avropa ilə problemin ola bilər, mənlə yox, mən yalnız sizin ağsaqqalınız ola bilərəm. Rusiya da bunun fərqindədir deyə danışıqlar nəticə vermir. Geriyə yol var əslində -  savaşdan çəkilib sülhə imza ata bilər, atmaq da istəyir, sadəcə yarı yoldan hikkə göstərib əliboş dönmək istəmir, aldığı torpaqları özündə saxlamaq şərti qoyur.


Bəs buna kim əngəldir? Əsərin qəhrəmanı - Zelenski. Zelenski indi Rusiyanın kabusuna çevrilib. Kloun dedikləri adam siyasətdə haralara gəldi. Kiminin əvvəli, kiminin axırı... Yəqin onun belə dirənişçi olacağını ağıllarına da gətirməzdilər,  vəziyyətin burayacan gələcəyini bilsəydilər, əminəm, heç Ukraynaya girməzdilər də. Bu təəssüf son dövrlər Rusiya rəsmlərinin az qala hər çıxışında hiss olunur. Putinin sentyabrın 1-i Şanxay Əməkdaşlıq Təşkilatının Sammitindəki çıxışını bu mövzuya həsr etməsi, özlərinə bəraət qazandırmağa çalışması, bu boyda savaşı "Ukrayna konflikti" adlandıraraq fəlakəti yumşaltmağa çalışması da bunu göstərirdi.
Hər gün göydən bomba töksələr də, Ukrayna diz çökmür və belə görünür ki, bundan sonra da çökməyəcək. Əgər Ukraynanın gücü tükənəcəksə, Rusiyanın da gücü-resursu tükənəcək. 
Zelenski bu savaşda dayanmadı, tərəddüd etmədi. O heç vaxt Putinin qatı tənqidçisi, aramsız müxalifi olmamışdı. Hətta seçki debatında Poroşenkodan fərqli olaraq Putini tənqid etmədiyinə görə onu ölkəsində qınayanlar da az deyildi. Zelenski sülh istəyirdi və inanırdı ki, barışcıl ritorikayla buna nail olmaq mümkündür. Onun yanaşması belə idi: Biz dalaşa-dalaşa barışa bilmərik. Yəqin hələ qarşısındakını yaxşı tanımırdı. Amma sonradan tanıdı və barış dili sərtləşdi.  İndi Zelenski yorğundur, o gülərüz adamdan bu üç il ərzində əsər qalmayıb. Əsəbləri pozulub, dəhşət qəzəblidir. Ölkəsinə edilənləri uda bilmir. Və deyir: “Mən hər şeyi gözə almışam, ölümü də. Ukrayna diz çökməyəcək!” Ukrayna” sözünün yanında həmişə “müstəqil” sözü qalacaq. 

Zelenskinin bu israrı istər-istəməz rəqibi əsəbləşdirir. Lavrov müsahibəsində Zelenskidən elə yanıqlı-yanıqlı danışır, elə bil  Sovetləri o çökdürüb, Ukraynada Narıncı inqilabı o edib, Avromaydanı o təşkil edib. 


Ən maraqlısı isə Lavrovun Alyaskadakı tədbirə yaxasında SSSR yazılmış t-shirt-də getməsi oldu. Hörmətli cənab! Axı siz xarici işlər nazirisiniz, gənc fəal deyilsiniz. Dünya mediası şokda idi. Nazir bununla nə mesaj verirdi? Biz yenidən imperiya quracağıq? Bəlkə də özü dediyi kimi, heç bir mesaj yox idi, xatirələrini canlandırırdı. Amma bir şey aydındır ki, Rusiya Sovetlərin dağılması ilə heç cür barışa bilmir. Mövzu heç imperiya qurmaq arzusu da deyil. Təzə imperiya qurmaq planı olsa, bunu da anlamaq olar. Rusiya isə təzə nəsə qurmaq istəmir. Geriyə yaşamaq istəyir. Bu isə imkansızdır. Deyil bir dövlət, bir adam belə bir dəqiqə keçmişə dönə bilməz. Keçmişə dönmək istəyənin gələcəyi olmur. Hər cəhdinlə bugününü də itirirsən. Kiminin axırı, kiminin əvvəli misalı ilə yozsaq, kimi əvvəldə komik olur, kimi axırda.
Aysel ƏLİZADƏ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri