“Sizdə utanmaq yoxdur!” Azarkeşlər üsyan etdi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya çempionatının son turunda xal itirən Madrid “Real”ında azarkeşlər futbolçulara qarşı sərt təhqirlər səsləndiriblər.
“Qafqazinfo” “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, La Liqanın 32-ci turunda “Betis”lə 1:1 hesablı heç-heçə edən “Kral klubu”nun fanatları oyunun sonunda komandanı hədəf alıblar.
Futbolçular meydanı tərk edərkən azarkeşlərdən birinin “Sizdə utanmaq yoxdur, üzünüzü göstərin!” deyə qışqırması və kütlənin etirazı kameralara yansıyıb.
Xatırladaq ki, Alvaro Arbeloanın rəhbərlik etdiyi komanda həmin matçda qələbəni son saniyələrdə əldən verib. Rəqib komanda 90+4-cü dəqiqədə qol vuraraq hesabı bərabərləşdirib. Bu nəticədən sonra “Real” 74 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan 8 xal geri qalır, üstəlik kataloniyalıların ehtiyatda bir oyunu da var.
Qeyd edək ki, Arbeloanın yetirmələri növbəti turda – mayın 3-də “Espanyol”la qarşılaşacaqlar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 25 Aprel 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















