Icma.az
close
up
RU
SİZƏ SONSUZ MİNNƏTDARLIĞIMIZ VAR

SİZƏ SONSUZ MİNNƏTDARLIĞIMIZ VAR

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nurəddin İSMAYIL

28 may - Azərbaycan xalqının üzünə işıqlı bir may səhərinin doğduğu, parlaq siyai zəkanın, dönməz milli iradənin, bəsirətin, milli özünüdərkin inamlı gücü ilə zülmətlərin yarıldığı, dövlət müstəqilliyimizin elan olunduğu, vətən sevdalılarının qürurunu yaşadığı ilk demokratik cümhuriyyətimizin yarandığı gündür.

Bu gün qurucu babalarımızın bizə türk adını, türk dilini milli kimliyimizə qaytardığı, bütün atributları ilə dövlətimizə dünya çapında siyasi vəsiqə yazdırdığı gündür. Elə bir gün ki, onun siyasi, mədəni, iqtisadi bəhrəsini, tarixi uğurunu, üçrəngli bayrağımızın fədakar qoruyucusu onmilyonluq Azərbaycan xalqı görür.

O dövrdən yüz il əvvələ boylandıqca parçalanan, didilən, tarixi əraziləri imperialist dövlətlərin işğalına məruz qalan, əhalisi cəhalət, gerilik içində yaşamağa məhkum edilən, mövcudluğuna son qoymaq üçün qəsdli çabalar göstərilən, coğrafi sərhədləri içdən, çöldən hərbi basqı altına alınan bir millətin pərakəndəlik, çarəsizlik içində çabaladığı göz önünə gəlir. Keçmiş keşmişə gömülmüş, bir zamanlar milyonlarla kvadrat kilometr əraziyə, böyük əhali çoxluna yiyə duran, sərhədləri hərbi yürüşlərlə, fəthlərlə genişlənən, Səfəvilərin, Əfşarların, Qacarların ətraf dövlətlərə meydan oxuduğu ehtişamlı tarixdən əsər əlamət qalmamış, bütöv Azərbaycan namərdcəsinə ikiyə bölünmüş, o da yetməmiş, bölünən Azərbaycan bir də, bir də bölünərək ilk cümhurriyyətin qoruyub bizə ərmağan etdiyi 114 min kvadrat kilometr həddinə gəlmişdir.

Fanatizmin, məzhəbçiliyin, fars şüubəliyinin kök saldığı o tay Azərbaycanda dəyişiklik üçün edilən cəhdlər nəticəsiz qalmışdı. Baş qaldıran Səttarxan, Şeyx Məhəmməd Xiyabani hərakatları ya siyasi hazırsızlıqdan, dövlət ağlının yetərsizliyindən, ya da İran rejiminin amansız təqibləri ucbatından yerindəcə boğulmuşdur.

Ümid çırağını yandırmaq, milli ruhu dirçəltmək kimi görəvlər Avropada, car Rusiyasının paytaxt şəhərlərində yüksək təhsil alan, milli, bəşəri mədəniyyətin daşıyıcıları olan, mənsub olduğu xalqın yolunda hər cəfa çəkməyə, siyasi iradə ortaya qoymağı özünə borc bilən qüzey Azərbaycanın əvəzolunmaz liderlərinin üzərinə düşürdü.

Və onlar, başda öndər M.Ə.Rəsulzadə olmaqla, o qurucu babalar, bu tarixi missiyanın - Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlətin əsasını qoymaq, millətlər içində öz millətinin imzasını yazdırmaq, milli, mədəni sərvətinin sahibi olmaq kimi şərəfli missiyanın öhdəsindən gələ bildilər.

Onlar, o dahi millət ataları, bu gün yenidən öz müstəqilliyinə, suveren haqlarına qovuşan, iki yüzillik işğal, müstəmləkə əsarətindən qurtularaq gələcəyə xoş amallarla addımlayan, Turan ideyalarının gerçəkləşməsi yolunda örnək olan xalqımıza Azərbaycanda qorxusuz, başı uca, fərəhlə yaşamaq haqqını verdilər.

28 may, dünya ilə ayaqlaşan müasir dövlət sistemimizin parlamentli respublika formasında əsasının qoyulduğu, irqindən, cinsindən, sosial mənşəyindən asılı olmayaraq hər kəsə bərabər hüquqla seçkilərdə iştirak etmək haqqının verildiyi gündür. Avropada hələ çox sonralar təsdiqini tapan qadın azadlıqlarının, seçkilərdə iştirakının təmin edildiyi, aparteidin kök saldığı ölkələrə görk olan hər cür irqi ayrıseçkiliyin aradan qaldırıldığı, rəsmiyyətə salındığı gündür.

Cəmi 23 ay siyasi yaşı olan Cümhurriyyətimiz yüz il özündən sonrakı dövrlər üçün Azərbaycanın siyasi quruluşunu müəyyənləşdirən paradiqmalar hazırlayıb ortaya qoydu. Üçrəngli bayrağımızda əksini tapan müasirləşmə, islamlaşma, türkləşmə devizləri millətimizin milli, dini, demokratik yönümünü müəyyənləşdirən dövlət rəmzinə çevrildi. O bayraq 70 il sonra azadlıq meydanlarında, bu gün suveren dövlətimizin hər guşəsində dalğalanır. 107 il öncə əsası qoyulan demokratik dövlət quruluşu bu gün bizə öz demokratik keçmişi ilə fəxr etmək, demokratiya bayrağını qaldıran ölkələrlə eyni sırada durmaq şansını verdi. Etnik mozaikası zəngin olan ölkəmizdə hər millətin, milli azlığın, dini konfensiyaların azad, sərbəst və dinc şəraitdə yaşamasına təminat verildi ki, yaradılan o ənənə bu gün də Azərbaycanda sadiqliklə davam etməkdədir.

Bu gün ərazi bütövlüyümüzn, suverenliyimizin, müstəqilliyimizin yenidən bərpa edilməsində bu yolda şəhid olan, qazi olan can qardaşlarımıza, bu müharibənin uğurla başa çatmasında siyasi iradə, komandanlıq qabiliyyəti göstərən dövlət başçısına rəğbətimiz, sayqımız nədirsə, 107 il bundan əvvəl yoxdan dovlət quran, bizə demokratiyanın, özgürlüyün dadını yaşadan, gözəl himnimizin səsləndiyi, bayrağımızın dalğalandığı, azad demokratik dövlət iris qoyub gedən qurucu babalarımıza da bir o qədər minnətdarlıq və şükranlığımız var. 

Bu gün Vətən boyu dalğalanan bayrağımız, düşmən üzərində əldə edilən misilsiz qələbəmiz, suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpası, onların uzaq idealı olan türk birliyinin yüksələn xətt üzrə inkişafı, sarsılmaz təməllər üzərində bərkiməsi, o əziz millət fədailərinin ruhunu şad etsin gərək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 May 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see377

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see375

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see285

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see262

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see214

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see205

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see201

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see186

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see171

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see168

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see166

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see160

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see157

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see145

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri