Icma.az
close
up
RU
“Sizin ölkəniz mənim üçün heç vaxt yad olmayıb” Vladimir Morozovun ə MÜSAHİBƏSİ

“Sizin ölkəniz mənim üçün heç vaxt yad olmayıb” Vladimir Morozovun ə MÜSAHİBƏSİ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq iki ildir ki, Azərbaycan akademik avarçəkmə yığmasının baş məşqçisi vəzifəsini Vladimir Morozov icra edir. O, bu posta 2023-cü ilin oktyabrında təyin olunub.

Bəs Vladimir Morozov bu iki il müddət ərzində ona həvalə edilmiş idman növündə nələrə nail ola bilib?

İdman.Biz 72 yaşlı ukraynalı mütəxəssislə söhbətə elə bu saualla başladı.

- İki il yalnız orduda çağırışçılar üçün uzun müddət sayıla bilər, amma idmanda belə qısa vaxt ərzində nəyə isə nail olmaq çox çətindir, xüsusilə də işi sıfırdan başlamağa məcbur olanda. Lakin biz gələn kimi dərhal gəncləri cəlb etdik, internat-akademiya yaratdıq, burada gələcəyin əsl avarçəkənlərini yetişdirəcəyik. Axı burada hətta məşqçilər belə yox idi! Bir-iki ilə uğur qazanmaq mümkün deyil. Gücü bir neçə ilə artırmaq olar, amma dözümlülüyü - yox. Dözümlülük üçün ən azı 5-6 il ardıcıl məşqlər və gərgin iş tələb olunur.

- Siz Ukrayna üçün olimpiya çempionları yetişdirmisiniz, sonra ABŞ-də çalışmısınız. Bəs niyə Azərbaycanda işləməyə razılaşdınız, üstəlik, özünüz də qeyd etdiniz ki, burada işi sıfırdan başlamaq lazım idi?

- Mənim yaşımda artıq çox seçim edə bilmirsən. Dəvət etdilər - mən də gəldim. Üstəlik, federasiyanın əvvəlki rəhbərliyi də məni dəvət etmişdi, lakin o vaxt mən Ukrayna yığmasını London Olimpiadasına hazırlayırdım və onları yarı yolda qoymaq istəmirdim.

- Siz özünüz yaş məsələsinə toxundunuz. 70 yaşında başqa bir ölkənin yığmasını çalışdırmaq ciddi sınaqdır. Sizə, məsələn, gündə iki dəfə məşq keçmək çətin deyilmi?

- Mən yaşımı hiss etmirəm. Azərbaycana gəlincə, sizin ölkəniz mənim üçün heç vaxt yad olmayıb - mən burada hələ SSRİ yığmasının məşqçilərindən biri olarkən işləmişəm. Axı Mingəçevir bazası bütün Sovet İttifaqında ən yaxşısı idi. Məhz burada SSRİ-nin avarçəkənləri məşq edirdilər.

Hazırda qarşıma məqsəd qoymuşam - yerli kadrlar yetişdirmək: həm idmançılar, həm də məşqçilər. Mən hesab edirəm ki, bu, tamamilə düzgün yanaşmadır - yalnız əcnəbilərə arxalanmaq olmaz. Biz bu gün işləyirik, sabah gedəcəyik, ona görə də xarici mütəxəssislərin qarşısına yerli məşqçilərin hazırlanması vəzifəsi qoyulmalıdır. Üstəlik, Mingəçevir kimi möhtəşəm avarçəkmə bazası olduğu halda! Bu baza bütün peşəkar avarçəkənlərin arzusu ola bilər. Federasiya rəhbərliyi də gənc kadrların hazırlanmasına çox ciddi yanaşır. Görsəydiniz, avarçəkənlər üçün nə qədər xüsusi trenajorlar alınıb! Biz, həmçinin, ilboyu məşq etməyə imkan verən bir zal da yaratmışıq.

- Bəs Bakıda məşq keçmirsiniz?

- Xeyr, nəyə görə? Mən ümumiyyətlə Mingəçevirdən heç yerə getmirəm. Burada məşq üçün demək olar ki, ideal şərait var - əla çay marşrutu, internatımızın uşaqları da burada yaşayır və məşq edirlər.

- Əgər hər şey bu qədər yaxşıdırsa, şərait yaradılıbsa, bəs niyə avarçəkənlərimiz MDB Oyunlarında bir qızıl medal belə qazana bilmədilər?

- Bəs baxın, kim qalib gəlirdi - ruslar və belaruslar. Axı onlar dünyanın ən güclü avarçəkənlərindəndir. Onlar 8-10 ildir peşəkar səviyyədə məşq edən gənclərdir. Bizim uşaqlar isə cəmi bir neçə ildir məşq edirlər. Bizim idman növündə bir ilə yalnız idmançını avarlarla düzgün işləməyə, dözümlülük və texnikanı formalaşdırmağa öyrətmək mümkündür. Üstəlik, bizdə məşq edənlər adi məktəblilərdir - onlar orta məktəbdə oxuyurlar, repetitor yanına gedirlər, sonra isə məşqə gəlirlər. Belə şəraitdə biz yalnız avarçəkmə ilə yaşayan, təlim-məşq toplanışlarından çıxmayan rus və belarus idmançıları ilə necə rəqabət apara bilərik?

- Amma siz dediniz ki, artıq bizdə də akademiya fəaliyyət göstərir.

- Bəli, amma orada hələlik cəmi dörd avarçəkən var - 2009-2010-cu il təvəllüdlü uşaqlar. Biz onları peşəkar idmançılara çevirməyə çalışırıq. Onlardan ikisini artıq gələn ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatına hazırlayıram. Bunlar Ziya Məmmədzadə və Nurlan Paşayevdir. Ümid edirəm ki, onların adını hələ çox eşidəcəksiniz!

Vüqar Vüqarlı

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri