Sızma səbəbiylə Ay missiyası təxirə salındı
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
ABŞ-da "Artemis II" ay missiyasının raketini start meydançasından yenidən yığma sexinə qaytarmağa hazırlaşırlar.
Moderator.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Bildirilib ki, buna səbəb mühərrikin aralıq kriogen pilləsində helium sızmasının aşkar edilməsidir.
Startın martın 6-na planlaşdırılmasına baxmayaraq, artıq müddətin dəyişəcəyi demək olar ki, qaçılmazdır. Texnikanın geri qaytarılması qərarı helium axınındakı pozuntu ilə bağlıdır ki, bu da əlavə yoxlama və təmir tələb edir.
“NASA “Artemis II” raketinin və “Orion” gəmisinin yığma sexinə mümkün qayıdışı üçün addımlar atır”, - deyə məlumatda qeyd olunur.
Startın dəqiq vaxtı daha sonra elan ediləcək.
Xatırladaq ki, “Artemis II” missiyası son yarım əsrdə Ay ətrafında həyata keçirilən ilk idarə olunan (pilotlu) uçuş olmalıdır.
(publika)
Baxış sayı:98
Bu xəbər 21 Fevral 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















