Icma.az
close
up
RU
“Şkendiya” döyüşkən komandadır, sonadək ciddi oynamalıyıq... 2

“Şkendiya” döyüşkən komandadır, sonadək ciddi oynamalıyıq... 2

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Sabah bizi vacib oyun gözləyir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Şimali Makedoniyanın “Şkendiya” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis rəqibin iddialı komanda olduğunu bildirib: "Döyüşkən mübarizə aparırlar. Matça pis hazırlaşmamışıq. Sonadək ciddi oynamalıyıq. Hər iki komandanın növbəti mərhələyə çıxmaq şansı var. Onlar bundan əvvəl FKSB-ni mübarizədən kənarlaşdırıblar. Halbuki çoxları rumınların mərhələ keçəcəyini gözləyirdi, lakin fərqli ssenari oldu".

O, ilk görüşdə zəif çıxış edən Kadi Borges haqqında danışıb: "Hər kəs Kadidən daha çoxunu gözləyir. Amma unutmaq olmaz ki, rəqib də güclüdür. Əslində, Kadi verdiyim tapşırıqları yerinə yetirməyə çalışırdı. Texniki səhvlər hər bir oyunçuda olur".

Q. Qurbanov Emmanuel Addainin rejiminə fikir verməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "İnsan istər-istəməz rejimini dəyişəndə fərqlilik olur. Bizim yeməklər də dadlı olduğu üçün heç kim dayana bilmir. Addaiyə kiçik cəzalar vermişəm. Mən tərəfdən müəyyən narazılıqlar olub. Lakin indi hər şey dəyişib. Artıq əvvəlki futbolçu deyil".

Rusiya mətbuatında yayılan məlumata da toxunan baş məşqçi "Spartak" (Moskva) komandasından təklif almadığını vurğulayıb: "Mətbuatda belə xəbər oxumuşam. Amma mən Rusiya klubundan təklif almamışam".

Transfer məsələsindən də söz açan 53 yaşlı çalışdırıcı bir neçə futbolçu ilə danışıqlar apardıqlarını söyləyib: "Onlardan biri də Andre Klovisdir. Lakin desəm ki, sabah onu buraya gətirəcəyik, yalan olar. İndiyədək gətirdiyimiz oyunçulardan razı qalmışıq. Çalışırıq ki, nöqtə transferlər edək".

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Ağdam klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri